910
EN RU


Akkredetasiya edilmiş laboratoriya

Akkredetasiya edilmiş laboratoriya

Sağlam Ailə Tibb Mərkəzi daha bir uğura imza atıb. Belə ki, laboratoriyamız akkreditasiyadan uğurla keçərək ISO 15189:2012 standartını əldə edib. Artıq “Sağlam Ailə” yə məxsus laborator nəticələr Avropada da tanınacaq. 
“Sağlam Ailə” tibb mərkəzinin laboratoriyası 2003-cü ilin mart ayından fəaliyyətə başlayıb və qısa müddət ərzində bir çox nailiyyətlər əldə etmişdir. Laboratoriyamız hal-hazırda ölkəmizdə mövcud olan beynəlxalq səviyyəli laboratoriyalar siyahısına daxildir. Laboratoriyamız ən son model avadanlıqlarla təchiz olunmuş və öz fəaliyyətində inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanır. Laboratoriyada hər bir mərhələdə keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınıb, müayinələr bütün mərhələlərində beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Bu gün PZR (polimeral zəncirvari reaksiya) laboratoriyamız standartlara uyğun geniş sahəsi və ayrı-ayrı işləmə sahələrinə bölünmüş şəkildə təşkil edilmişdir.