910
EN RU


Plevra

Plevra

    Plevra boşluğunda təzyiq artdıqda ağciyərlər sıxılır və tənəffüs səthi kiçilir. Bu proses ağırlaşdıqda atelektaz inkişaf edir. Ağciyərlərin sıxılmasının əsas səbəbləri :
- plevra boşluğuna maye toplanması (eksudativ plevrit, hidrotoraks, hemotoraks)
- plevra boşluğuna hava daxil olması (pnevmotoraks)
Plevrit xəstəliyinə tutulmuş insanın plevra boşluğuna maye toplanır. Bu zaman plevranın hissi sinirləri qıcıqlandığına görə eksudat olan tərəfdə tənəffüs refrektor yolla ləngiyir. Sağlam tərəfdə isə döş qəfəsi əzələlərinin qüvvətli fəaliyyəti sayəsində ventilyasiya artır. Çox vaxt sağlam tərəfdə olan hipoerventilyasiya qaz mübadiləsini kafi dərəcədə kompensasiya edilməsinə imkan verir. Lakin plevra boşluğunda kifayət qədər maye toplandıqda divar aralığı orqanların yerlərini sağlam ağciyər tərəfə dəyişib onu sıxırlar. Bu da qan dövranı və qaz mübadiləsinin pozulmasına səbəb olur.
Pnevmotoraks atmosfer havasının plevra boşluğuna daxil olması ilə xarakterizə olunan bir prosesdir. Plevra boşluğuna hava əsasən aşağıdakı üsullarla daxil ola bilir:
- döş qəfəsinin yaralanmaları
- ağciyər toxumasının zədələnmələri
- plevra boşluğuna süni surətdə hava yeridilməsi zamanı (kavernoz vərəmin müalicəsində).
Pnevmatoraks qapalı, açıq və qapaqlı olmaqla 3 növə ayırd edilir. Bu havanın plevraya daxil olması şərtələrindən asılı olaraq dəyişir. Pnevmotoraksın hər bir növü ayrı-ayrılıqda plevra boğluğuna daxil olduğu havanın giriş yollarına və miqdarına uyğun olaraq zədələyir. Zədələnmə sağ, sol və ya hər iki ağciyərdə eyni zamanda ola bilir.

Çağrı mərkəzi: ☎️ (012) 910