910
EN RU


Yumurta haqqında bunları bilirsinizmi?

Yumurta haqqında bunları bilirsinizmi?

 Yumurta haqqında bunları bilirsinizmi?
• Yumurta qabığında 17.000 kiçik dəlik vardır.
• Soyuducuda bir həftə qalan yumurta, otaq istiliyində bir gün saxlanılan yumurtadan daha təzədir.
• Yumurta uzun müddət saxlanarsa su itkisi olduğu üçün çəkisi azalar. Təzə və köhnə yumurtanı ağırlığından da test edə bilərsiniz.
• Yumurta 10% duzlu suya (yarım litr suya 60 qr duz) salınarsa təzə yumurta dibə çökər, köhnə yumurta isə suyun üzündə qalar.
• Təzə yumurta qırıldığında yumurta ağı və sarısı bir-birinə qarışmır. 
• Yumurta hazırlanılan yeməklərin qida dəyərini artırmada istifadə edilə bilər. Tərəvəzlərin zülal miqdarı aşağıdır. Bu səbəblə tərəvəzlərdən yemək hazırlayarkən yumurta qatılması zülal, vitamin və mineral baxımından balanslı qarışıqların meydana gəlməsini təmin edir.
• Yumurta taxıl qrupundakı qidalar ilə istehlak edildiyində (məsələn; makarona qatılsa və s.) Zülal keyfiyyətini artırmış olarıq.