910
EN RU


Saçların tez ağarmasının səbəbləri

Saçların tez ağarmasının səbəbləri

 Saçların tez ağarmasının səbəbləri

Saçlarınız erkən yaşda ağarmağa başladı? 
Adətən 35 yaşdan sonra görünən saç bəyazlaması bəzən 20 yaşlarında da ortaya çıxa bilər. Saç ağarması piqment yaradan hüceyrələrin artıq saça rəng verməməsindən qaynaqlanır. Bunun səbəbi isə genetikdir. Bəzən də bədən müqavimətinin zəiflədiyi hallarda saç ağarması müşahidə edilə bilər. Üçüncü faktor isə irqdir.

Bəs xüsusilə erkən yaşdakı saç ağarmasının qarşısını almaq üçün nə etmək olar? 
Xüsusilə stresdən uzaq bir həyat sürmək lazım gəlir. Stress əgər genetik səbəblər yoxdursa, saçın ağarmasına səbəb olan ən önəmli faktor sayılır. Çünki stress saça rəng verən melanin ifrazına birbaşa təsir edir. Qidalanma da saç ağarması ilə birbaşa əlaqəlidir. Xüsusilə yetərli B12 və B9 vitaminləri, sink, biotin və E vitamini qəbulu olmadıqda saçların piqmentlərinin itməsi baş verir. Bu vitamin və mineralları qidalardan ala bilərsiniz. Həmçinin qidalanmanızda yüksək səviyyədə antioksidanta malik olan yaşıl yarpaqlı tərəvəzlərə, qırmızı rəngli tərəvəz və meyvələrə üstünlük verə bilərsiniz. Bununla yanaşı siqaret çəkməyin də saç bəyazlamasının bir digər səbəbi olduğu aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır.