910
EN RU


Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi

 Öd daşı xəstəliyi tutması başladıqda ilk öncə:
- Qida qəbul etmək və su içmək olmaz.
- Sakit şəkildə uzanmaq lazımdır.
- Spazmolitik preparatı inyeksiya etmək lazımdır.
- İnyeksiya effekt vermədikdə dərhal həkimə müraciət etmək lazımdır.

Aşağıdakıları isə tutma zamanı etmək olmaz:
- Qida və maye qəbul etmək. Əgər sizə təcili olaraq əməliyyatın keçirilməsi lazım olarsa, qəbul olunmuş qida və ya maye vəziyyəti çətinləşəcək.
- Qarın nahiyəsinə isti qrelka qoymaq. Dediyimiz kimi, bu digər xəstəlik də ola bilər ki, bu halda sizin vəziyyətiniz daha da ağırlaşa bilər.
- Ağrısızlaşdıran dərmanları qəbul etmək. Bu həkim tərəfindən xəstəliyin dəqiq diaqnozun qoyulmasına mane olacaq.