910
EN RU


Uşaqlarda qəbizlik

Uşaqlarda qəbizlik

 

 

Normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır.

Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir.

Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.

Ancaq yenə də mütəxəssislə məsləhətləşməniz daha yaxşı olardı. Analar uşağın nəcisinə hər zaman diqqət yetirməlidirlər. Nəcisdə qan, selik əmələ gələrsə, rəng dəyişikliyi və s. nəzərə çarparsa, bu haqda uşağınıza nəzarət edən pediatra məlumat vermək lazımdır.

Uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar.