910
EN RU


Astma xəstəliyini nə əmələ gətirir?

Astma xəstəliyini nə əmələ gətirir?

Astma xəstəliyini nə əmələ gətirir?

Bronxial astma xəstəliyi müalicə olunmadıqda həyat üçün təhlükəlidir. Xəstəliyin müalicəsi qədər onu törədən və gedişini ağırlaşdıran amilləri bilmək də önəmlidir. Astma fərdi və ətraf mühit amillərinin təsiri nəticəsində meydana çıxır. Fərdi amillərə genetik,cinsiyyət və artıq çəki aid edilir. Ətraf mühit faktorları isə sayca daha çox olub həm astmanı əmələ gətirir, həm də onu kəskinləşdirir:
1)Daxili mühit allergenləri-ev tozu,ev heyvanları, hamamböcəyi, kif göbələyi
2)Xarici mühit allergenlər - bitki tozları, kif göbələkləri
3)İnfeksion xəstəliklər-virus infeksiyaları
4)Peşə xəstəlikləri
5) Siqaret- aktiv və passiv siqaret çəkmə
6)Havanın çirklənməsi
7)Pəhriz
Bütün bu faktorlardan siqaret, viruslar, ev tozları xəstəliyin əmələ gəlməsi, kəskinləşməsi üçün xüsusilə təhlükəlidir. Bu amillərdən qorunmaq,onlara qarşı profilaktik tədbir görmək xəstəliklə mübarizədə çox vacibdir. Uşaqların tənəffüs yolları daha həssas və kiçik ölçülü olduğu üçün onlarda simptomlar daha ağır gedir. Buna görə də astma ilə mübarizə aparmaq üçün “həkim-xəstə” işbirliyi və koordinasiyalı hərəkət arzuolunandır.