910
EN RU


RHİNOLİGHT

RHİNOLİGHT

 Allergik rinitin müalicəsində yeni bir dövr
Allergik rinit- spesifik allergenlərə bağlı burun axıntısı, asqırma, burun qaşıntısı və burun tıxanıqlığı ilə gedən xəstəlikdir.
Mövsümi və ilboyu olmaqla iki yerə bölünür.
Bu xəstəlikdə ilk görüləcək tədbir allergiya törədən faktordan uzaq durmaqdır. 
Lakin xəstəlik daha çox genetik olduğu üçün insana uzun müddətli yoldaş ola bilir.
Buna görə də müxtəlif müalicə üsulları vardır.
Allergik rinitdən əziyyət çəkən insanların əksəriyyəti dərman preparatları qəbul etməyə meyilli deyillər.
Allergik rinitlərdə “ qızıl standart” hesab edilən immunoterapiyanın bu mənfi cəhətləri vardır: uzun müddətli olması, nisbətən təhlükəli olması və az sayda allergenlərlə qarşı istifadə olunması.
RHİNOLİGHT –allergik rinit müalicəsində istifadə edilən ən yeni və effektiv üsuldur.
Rhinolight yüksək sıxlıqlı, müəyyən amplitudda ultrabənövşəyi A və B şüaları olan görünən bir işıq növüdür. 
Ultrabənövşəyi işıq ,burunun allergen maddə ilə qarşılaması nəticəsində əmələ gələn immun sistem reaksiyasının artmasını əngəlləyir.
Rhinolight işıq müalicəsinin təsiri sürətli və uzunmüddətli olduğundan xəstəlik tez bir zamanda yaxşılaşmağa doğru gedir. Yaxşılaşma dönəmləri şəxsdən şəxsə dəyişə bilir.