910
EN RU


Erkən klimaks

 Erkən klimaks

 Menopauza gözlənilən vaxtdan erkən baş verdikdə nə etmək olar?

Klimaks -  təbii fizioloji prosesdir, bu zaman qadın orqanizminin hormonal yenidənqurulması baş verir.  Əksərən 50 yaş ərəfələrində başlayan bu proses 40 yaşında, hətta 35 yaşında da başlaya bilər.  Bəs erkən menopauzanın səbəbləri nələrdir?

Kimdir müqəssir?

 Klimaksın erkən başlamasına irsi meyllilik, müxtəlif xəstəliklər ( endrokrin pozğunluqlar, yeniyetməlik dövründə keçirilmiş ağır infeksiyalar, fəsadlaşmış doğuş, yumurtalıqların çıxarılması) həmçinin oral kontraseptivlərin və ya digər hormonal preparatların qeyri-düzgün qəbulu səbəb ola bilər. Həmçinin siqaretçəkmə, daimi stress və fiziki yüklənmə (erkən klimaks peşəkar idmançıların yoldaşıdır) menopauzanın başlanmasını sürətləndirir. Son zamanlarda isə erkən klimaksa səbəb olan daha bir səbəb müzakirə olunur.  Bu tərkibində perflourkarbon olan məişət kimyəvi maddələri və sintetik parçalardır. Tədqiqatlarla sübut olunmuşdur ki, qanda perflourkarbonun miqdarı nə qədər çox olsa klimaksın erkən başlamasının riski də o qədər çox olar.

Gah isti, gah soyuq

Aybaşının kəsilməsindən başqa qadınlarda bu sadalanan simptomlar müşahidə oluna bilər:

·         İstilikbasmalar

·         Yuxunun pozulması

·         Tərləmənin artması

·         Ürəyin işində pozulmalar, təzyiqin qalxıb-düşməsi, təngənəfəslik

·         Dəri və saçlarda quruluq

·         Depressiya, yorğunluq və əsəbilik əlamətləri

Əgər klimaks öz vaxtında baş veribsə onda bu əlamətlərsiz də keçə bilər. Nə qədər tez klimaks başlasa onda əlamətlər də daha kəskin keçir.

Klimaksı necə yüngülləşdirmək olar?

Latın dilindən tərcümədə klimaks “qadının həyatında sınma dövrü, mərhələsi” deməkdir.  Müasir tibb qadınlara bu mərhələni maksimum rahat keçirmək üçün xeyli kömək edə bilər. Hazırda erkən klimaksın  arzuolunmaz əlamətlərini aradan qaldırmaq üçün əvəzedici hormonal terapiya (ƏHT) əneffektli üsul hesab edilir.  Ginekoloqlar bir qayda olaraq estrogen və progesteron tərkibli dərmanlar təyin edir.  Hormonal preparatlarınq əbulu həm klimaks simptomlarını yüngülləşdirməyə kömək edir, həm də sonradan ortaya çıxa biləcək digər əlamətlərdən xilas edir.  Məsəl üçün ƏHT ateroskleroz, osteoporoz, artıq çəki və vaxtından öncə qırışların yaranmasının qarşısını alır.

Lakin yadda saxlamaq lazımdır ki, bu preparatları yalnız həkim qadını tam müayinə etdikdən sonra təyin edə bilər.