910
EN RU


Əziz izləyicilər! Yüksək ixtisaslı həkim-ginekoloq Nuridə Zeynalovanın sizlər üçün hazırladığı "Cinsi infeksiyalar" mövzusunda məqaləni təqdim edirik.

Əziz izləyicilər!
Yüksək ixtisaslı həkim-ginekoloq Nuridə Zeynalovanın sizlər üçün hazırladığı

Cinsi yolla keçən infeksiyalar

Müasir tibbdə  CYKİ-yə cinsi əlaqə vasitəsilə insandan insana keçən bütün infeksion xəstəliklər aid edilir.  Aşağıda sadalanan simptomların hər birində həkimə müraciət etmək lazımdır.

  • ·       Uşaqlıq yolundan anormal ifrazat
  • ·       Xarici cinsiyyət orqanlarında qızartı, səpgilər
  • ·       Cinsi əlaqə zamanı ağrı
  • ·       Sidik ifrazı zamanı qaşınma, yanma, ağrı

Həmçinin əgər hamiləlik planlaşdırırsınızsa, adəti düşüklər olmuşsa yoxlanmadan keçməlisiniz. Hamilə qadının orqanizmində CYKİ olması bu riskləri artırır:

  • ·       Erkən doğuş və düşüklər
  • ·       Döldə inkişaf qüsurlarının əmələ gəlməsi
  • ·       Həm anada, həm də yenidoğulmuşda iltihabi proseslərin yaranması

Yoluxmadan uzun müddət xəbərsiz ola bilərsiz , çünki cinsi orqanlarda dəyişikliklər həmişə olmur, bəzi infeksiyalar uzun müddət özünü göstərmir. CYKİ şübhə olduğu zaman bu müayinələr aparılır:

  • ·       Qan analizləri (Hepatit B, C, Lues, HİV)
  • ·       Sidiyin kliniki analizi
  • ·       Urogenital yaxmanın mikroskopiyası
  • ·       Urogenital yaxmanın bakterioloji müayinəsi + antibiotikoqramma
  • ·       PZR infeksiyalar

Analiz vermədən öncə həkim konsultasiyasından keçmək lazımdır. Özbaşına müalicə aşağıdaki səbəblərə görə çox təhlükəlidir: 
1. İnsan özü heç vaxt hansı infeksiyaya yoluxduğunu bilmir, buna görə də düzgün müalicə seçə bilmir; 
2. Müalicə edilməmiş xəstəlik əvvəl-axır xroniki formaya keçir və fəsadlarla ağırlaşır; 
3. Antibiotiklərin qeyri-düzgün qəbulu ( dozanın az olması və ya qəbullar arasında olan vaxtın çох uzanması) törədicinin dərmanlara qarşı davamlılığını artırır, belə infeksiyadan sağalmaq isə çox çətin olur. 
Cinsi partnyorlar yoluxmuş şəxslə birlikdə müalicə almalıdır, əks təqdirdə təkrar yoluxma baş verə bilər.  Müalicədən sonra təkrar analizin aparılması əlavə zəmanət sayılır. 

“Sağlam Ailə” nin beynəlxalq standartlı laboratoriyası sizə bütün lazımı analizləri, Peşəkar həkim kollektivi isə müayinə və müalicəni təqdim edir.

Unutmayın, Sizin və övladlarınızın sağlamlığı öz əlinizdədir.