910
EN RU


Valideynlər üçün faydalı məlumat

Valideynlər üçün faydalı məlumat

 Valideynlər üçün faydalı məlumat

 

ƏL-AYAQ-AĞIZ XƏSTƏLİYİ

 

Bu xəstəlik son ildə ən geniş yayılmış xəstəliklərdən biridir. Törədicisi Koksaki virusu olduğundan ona Koksaki virus infeksiyası adı altında da rast gəlinir. Xəstəliyin törədə biləcəyi simptomlar bunlardır

1.      Hərarət (38-39 dərəcə)

2.      Səpgi

3.      Boğaz ağrısı

4.      Qarın ağrısı

5.      İştahsızlıq

6.      Ağız içində yaralar

 

 

Xəstəliyin xarakterik simptomu əl-ayaq və ağızda əmələ gələn səpgilərdir. Xüsusilə ovucda, ayaq altında, ağız ətrafı və hətta anus ətrafı dəridə vezikulyar səpgilərin yaranmasıdır. Səpgilər sanki su çiçəyi səpgilərinə bənzəyir. Ağız boşluğunda səpgilər badamcıqların üzərində də müşahidə edilir. Amma bəzən səpgi yalnız bir nahiyyədə də özünü göstərə bilər.  Məs. Ağız ətrafında və ya sadəcə əlin üstündə. Xəstəlik yoluxucudur. Bu virusa yoluxan insan öz burun və boğaz ifrazatında, nəcisində virusu gəzdirir və hava-damcı, yaxın kontakt yolu ilə insanları yoluxdurur. Koksaki virusu əleyhinə peyvənd yoxdur. Spesifik müalicəsi də yoxdur. Aparılan antibiotik terapiyaları yalnışdır. Xəstəlik simptomatik müalicə olunmalıdır. Yəni hərarət yüksəldikdə hərarətsalıcı, ağrı olduqda ağrıkəsici verilməlidir. Ən əsası da bol maye qəbuludur. İnanıram ki, faydalı məlumat vermiş oldum.

 

Sağlam Olun!!!

 

Pediatr – Gülşən Həsənova