910
EN RU


Uşaqlıq boynu xərçəngindən necə qorunmalı?

Uşaqlıq boynu xərçəngindən necə qorunmalı?

Hər il yarım milyon qadına uşaqlıq boynu xərçəngi diaqnozu qoyulur. Uşaqlıq boynu xərçəngi qadınlarda onkoloji xəstəliklər arasında rastgəlmə tezliyinə görə ikinci yer tutur. Məlumdur ki, uşaqlıq boynu xərçəngi papilloma virusunun uzunmüddətli təsiri fonunda yaranır.

100-dən çox papilloma virusu növü mövcuddur. Onlardan yalnız 15-i onkoloji hesab edilir və uşaqlıq boynu xərçəngini törədir. 6, 11, 16, 18, 31-ci tiplər ən çox yayılmış virus növləridir.

Uşaqlıq boynu xərçənginə qarşı peyvənd

Uşaqlıq boynu xərçənginə yoluxmanın qarşısını almaq məqsədi ilə alimlər tərəfindən ilk dəfə olaraq insanı papiloma virusundan qoruyacaq peyvənd-qardasil kəşf edilmişdir.

Qardasil peyvəndi virusun ən təhlükəli 4 növündən qoruyur. Bura virusun 6, 11, 16, 18-ci tipləri və həmçinin xoşxassəli şişlər-itiuclu kondilomalar daxildir. Qardasil peyvəndi 9-45 yaş arası qadınlar üçün nəzərdə tutulub.

Tibb mərkəzimizdə uşaqlıq boynu xərçənginin geniş diaqnostikası və profilaktikası üçün xüsusi kabinet təşkil olunub. Qadınlar kolposkopiya, uşaqlıq boynunun sitoloji muayinəsi daxil olmaqla tam klinik muayinədən keçib, özlərini və övladlarını Qardasil peyvəndi vasitəsilə qoruya bilərlər.