910
EN RU


Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat

Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat

 ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi, “ADA Anti-Smoking Club”, Sağlam Ailə Tibb Mərkəzi və Zərifə Əliyeva adına liseyin birgə təşkilatçılığı ilə “Tütünsüz Həyat - Sağlam Gələcəyə Təminat” layihəsi təşkil edilib. Layihə 3  ay davam edib.

Layihə çərçivəsində Zərifə Əliyeva adına lisey, İlyas Əfəndiyev adına Elitar gimnaziya, Bakı Avropa liseyi və 2nömrəli texniko –himanitar liseyində təlimlər keçirilib. Məktəblilərə siqaretin zərərləri, stressin aradan qaldırılmasının alternativ yolları, sağlam həyat tərzinin vacibliyi mövzusunda ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi məktəblilərin siqaretin ziyanları barədə həkim və psixoloqlar tərəfindən məlumatlandırılması, bu istiqamətdə həll yollarının göstərilməsi və sağlam həyat tərzinin aşılanmasıdır.