910
EN RU


Siqareti tərgidə bilməmək bəhanədir!

Siqareti tərgidə bilməmək bəhanədir!

     

Hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişilərin siqaret çəkdiyini müəyyən edir ki, bu da vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Tədqiqatlar göstərir ki, şagirdlərin 10.6%-i nə vaxtsa siqaret çəkməyə cəhd edib, 6.8%-i isə bu və ya digər tütün məmulatından istifadə edib. Bu rəqəmlər vəziyyətin artıq təhlükəli olduğunu göstərir.

Dream Group və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə siqaretin zərərlərindən bəhs edən sosial video çarx çəkilib.