910
EN RU


17-18 iyul tarixlərində Ramazan bayramı münasibətilə bizdən Sizə “Yaşınız qədər endirim”!

17-18 iyul tarixlərində  Ramazan bayramı münasibətilə bizdən Sizə “Yaşınız qədər endirim”!

Mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salır.

Müqəddəs Ramazan bayramı münasibətilə Sağlam Ailə Tibb Mərkəzi 17-18 iyul tarixlərində “Yaşınız qədər endirim” aksiyası təşkil edir.

Aksiyada iştirak qaydaları:

1. saglamaile.az saytından online qeydiyyatdan keçən hər bir şəxs “Yaşınız qədər endirim” aksiyasında iştirak edə bilər.

2. Qeydiyyatdan keçən zaman qeyd etdiyiniz məlumatlar şəxsiyyətinizi təsdiq edən sənədlə eyni olmalıdır.

3. online qeydiyyatdan keçən zaman, 6 rəqəmli bonus kart nömrəsi əldə edəcəksiniz.

4. 17-18 iyul tarixlərində Sağlam Ailə Tibb Mərkəzinə yaxınlaşan zaman Bonus Kart nömrəsini təqdim etməklə, aksiya çərçivəsində yaşınız qədər endirim əldə edərək xidmətlərdən istifadə edə bilərsiniz.

Qeyd: Endirim xaricə göndərilən analizlərə  və stomatoloji xidmətlərə şamil edilmir.

Sağlam Ailə Tibb Mərkəzi adından dünya müsəlmanlarını və bütün dünya Azərbaycanlılarını Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir və hər birinizə sağlamlıq arzulayırıq.

Son qeydiyyat 16.07.2015 saat 18:00 kimidir.

Ətraflı məlumat: (012) 910

Ünvan: Əhməd Rəcəbli 3.,10 (Şəki restoranının yaxınlığında)