910
EN RU


Ağız boşluğuna necə qulluq etməli?

Ağız boşluğuna necə qulluq etməli?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər kəsin bildiyi kimi, həyatda ən böyük nemətlərdən biri sağlamlıqdır. Uzaqgörən insanlar müdrik addım ataraq sağlamlığı xəstəlik gəlməzdən qabaq qorumağa çalışırlar.

Tibbdə o cümlədən stomatologiyada müxtəlif xəstəliklər, onların müalicəsi, həmçinin protezləmə, cərrahi əməliyyatlar  barədə geniş işlər, elmi tədqiqatlar, müzakirələr aparılır. Təbii ki, bu işlər faydalı və vacibdir. Amma ümumiyyətlə xəstəliksiz həyat daha gözəl olmazdımı?

Məhz bunun üzərində profilaktika elmi çalışır.

Stomatoloji profilaktikanın bir neçə istiqaməti var:

1.Prenatal profilaktika  (hamiləlik dövründə aparılan profilaktika).

2.Birincili profilaktika  (dişləri və diş ətrafı toxumaları sağlam saxlamaq , xəstəliklər üçün səbəb və şəraiti aradan qadırmaqla xəstəliyin qarşısını almaq və orqanizmin bunlara qarşı müqavimətini artırmaq).

3.İkincili profilaktika (müalicədən sonra residivlərin qarşısının alınması).

4.Üçüncülü profilaktika (itirilmiş funksiyaların bərpası).

Stomatoloji xəstəliklər içərisində ilk növbədə 5000 ildən artıq tarixi olan və planetimizdə ən çox yayılmış xəstəlik olan karies və onun profilaktikası haqda danışmaq istərdik.

Nəzərə alsaq ki, dişlərdəki əzabverici ağrılar, iltihabi proseslər, dişlərin itirilməsi və bununla əlaqədar normalçeynəmə və qidalnama qabiliyyətinin itməsi, üz-çənə sistemində anomaliyaların əmələ gəlməsi, hər gün stressə səbəb ola biləcək estetik qüsurların yaraması səbəbi əksər hallarda  kariesdir, kariesin isə əsas səbəblərindən biri dişlər üzərinə yapışıb qalmış qida qalıqları, diş ərpidir. Deməli əsas hədəflərdən biri diş səthini bu ərpdən təmizləmək və yığılmasının qarşısını almaqdır. Dişlərdə ağrı başladığı zaman hətta ilkin ağrılar dişin artıq ciddi zədələnmiş olduğunu göstərir və deməli, “ dişim nə zaman ağrısa onda həkimə gedərəm” yanaşması doğru deyil.

Profilaktikanın əsas silahlarından biri gigyenadır. Gigiyena fərdi və peşəkar olmaqla iki yerə bölünür. Fərdi gigiyena insanın özünün gigyenik qaydalara əməl etməsidir və ilk öncə fərdi gigyena adətən sadə prosedur hesab olunan fırçalanmadan başlayırş. Əslində bu heçdə sadə proses deyil.

Fırçalanma barədə bəzi qaydalara baxaq:

1.Yuyulub təmişlənmiş fırça götürülür.

2.Minimum gündə iki dəfə(səhər yeməkdən sonra, axşam yatmazadan əvvəl) dişlər fırçalanmalıdır.

3. Hər dəfə təxminən 5 dəq. fırçalanmalıdır.

4. Fırça əsasən diş ətindən dişə doğru istiqmaətdə hərəkət etdirilməlidir, arxa dişlərin çeynəmə səthi fırçaönə-arxaya doğru hərəkət etdirilməklə təmizlənir. Nəzər alsaq ki, qidalanmadan sonra ilk 40 dəq. ərzində mikrobların təsiri artıq yüksək həddə olur, hər yeməkdən sonra dişlərin təmizləmək daha doğru olardı. Eyni zamanda dişlər arasındakı sahəni diş sapları – floslrla təmizləmək vacibdir.

Hər bir fərd özünə uyğun fırça və pastanı həkimin köməyilə seçsə daha yaxşı olardı. Bütün bu deyilələrdən aydın oldu ki, dişlərin sağlamlığı gigiyenadan, gigiyena isə fırçalamadan başlayır.

Qidanın tərkibinə gəlincə-artıq çoxdan məlumdur ki, ilk növbədə mineral maddələrlə zəngin süd məhsullarına böyük yer vermək lazımdır, bundan əlavə meyvə tərəvəz məhsullarına geniş yer verilməlidir, xüsusilə də inkişaf etməkdə olan uşaq orqanizmi üçün.

Vitaminlərlə zəngin qidaların dişlər üçün əhəmiyyəti də artıq sübuta yetirilib. Yumşaq qidalardan daimi istifadə əvəzinə tez-tez sərt qidalardan istifadə edilməlidir, bu zaman sonradan kariesə səbəb ola biləcək yumşaq diş ərpi daha az olur, dişlər sərt qidalarla təbii yolla müəyyən qədər təmizlənir, dişlər üzərinə düşən təzyiq isə bir tərəfdən dişin trofikasını, qidalanmasını artırır.