910
EN RU


Miqren - zəif cinsin güclü əzabı

Miqren - zəif cinsin güclü əzabı

 Miqren insanın sosial adaptasiya qabiliyyətini pozan 19 xəstəlik sıraısna daxil edilmişdir.

Miqren- əsas əlaməti ürəkbulanma, qusma, parlaq işıq və uca səsə qarşı dözülməzliklə müçayiət olunan və təkrarlanan güclü baş ağrısı tutmalarıdır. Miqrendən əziyyyət çəkənlər isə daha çox qadınlardır və ana xətti ilə xəstəlik irsən keçir. Əgər anada miqren varsa 72% ehtimal ilə uşaqda da olacaq. Xəstəlikdən hər iki valideyn əziyyət çəkirsə, ehtimal 90%-ə qədər artır. Görünür ki, xəstəlik özü deyil, müxtəlif xarici amillərə qarşı damarların reaksiyası irsən ötürülür. Kimlərdəsə, hətta kiçik mübahisə və ya xoşagəlməz bir söhbət də şiddətli baş ağrısı törədə bilər. Xəstəlik gənc yaşlarda başlayır, kəskinləşmə halları isə çox zaman menstrual dövrə uyğundur. Xəstəliyin ən gərgin dövrü 18-30 yaş arasına təsadüf edilir. Bir çox zaman isə 50 yaşdan sonra miqren keçib gedir.

Boston neyrofiziolaqları aşkar etmişdir ki, miqren beynin iki qabıqaltı şöbəsinin – talamus və hipoptalamus arasındakı funksional taraşlığın anadangəlmə pozulması ilə bağlıdır. Bu səbəbdən, çox vacib bioaktiv maddə - serotonin hasili azalır. Serotonin çatışmazlığı qan hüceyrələri – trombositlərin hesabına bərpa olunur. Birbaşa beyin damarlarında parçalanana trombositlər damarları kəskin daraldır. Spazm patoloji genişlənmə ilə dəyişir.

Miqrenoz tutma bir neçə saatdan 3 sutkaya qədər davam edə bilər, işıqdanqorxma, küyə  qarşı həssalıq, ürəkbulanma və qusma ilə keçir. Üz qızarır, döş qəfəsində ağrı və üşütmə başlayır.

Birinci mərhələ: miqren ağrıları tutmadan bir neçə saat və ya gün əvvəl yuxu, iş qabiliyyəti, əhval-ruhiyyə pozulur. Ətraf mühitə qarşı etinasızlıq yaranır, dəri avazayır, əsnəmə, ürəkbulanma başlayır. Tutmadan 1-1.5 dəq. əvvəl gicgahlarda gizilti başlayır, gözlərin önündə üzən dairələr, rəngli ləkələr və ziqzaqvari zolaqlar əmələ gəlir.

İkinci mərhələ - ağrı. Güclü, uran ağrı başın yarı hissəsini əhatə edir (çox vaxt sağ tərəfi), bəzən  sol tərəfə də yayılır. Tutma zamanı əl və ayaqların hərəkəti zəifləyir. Başın sağ tərəfi ağrıyırsa, sol ətraflar zəifləyir və əksinə.

Üçüncü mərhələ - yuxu. Ağrı keçir və insan uzun yuxuya gedir. Ayıldıqdan sonra özünü yaxşı hiss etməsinə baxmayaraq bir müddət sonra ağrılar təkrarlanır.