910
EN RU


Dolların bahalaşması, manatın məzənnəsinin aşağı düşməsi səhiyyə sisteminə də təsir edib?

Dolların bahalaşması, manatın məzənnəsinin aşağı düşməsi səhiyyə sisteminə də təsir edib?

Son zamanlar devalvasiya ilə əlaqədar qiymət artımları haqda yaranmış suallara klinikamızın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli cavab verib

 “Sağlam Ailə” Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli qeyd edib ki, xidmət qiymətlərində artım yoxdur: “Ölkədəki birinci devalvasiyadan sonra klinikamızda hər hansı qiymət artımı olmadı. Bu dəfəki devalvasiya zamanı da dəyişiklik yoxdur. Özümüzdən asılı olan xidmət sahələrində qiymət artımı gözlənilmir. Amma xariclə əlaqəli olan bəzi məsələlərdə balans saxlanılmaqla cüzi dəyişiklik ola bilər. Amma bu zaman balansın saxlanmasına riayət olunacaq. Biz əhalinin sosial durumunu nəzərə alırıq. Hətta yanvarın 2-si və 3-ü “Yaşın qədər” adlı aksiyaya start verəcəyik. Bu aksiya zamanı əhali yaşları qədər endirimdən yararlana biləcəklər. Biz yalnız əhalinin sağlamlığını düşünürük”.