910
EN RU


103 Təlim Mərkəzi layihəsinə start verildi

103 Təlim Mərkəzi layihəsinə start verildi

 

1 dekabr 2013-cü il tarixində Sağlam Ailə Tibb Mərkəzi və İrəli İctimai Birliyi arasında anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən “103 Təlim Mərkəzi” layihəsi çərçivəsində Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən İrəli İctimai Birliyinin “Tibb Klubu” nun üzvlərinə 6 həftə ərzində, həftədə bir dəfə olmaqla seminarlar və praktiki təlimlər keçirilib.

Təlimlər zamanı iştirakçılara ilk tibbi yardım zamanı ürəyin dolayı masajı, süni nəfəsvermə, yanıqlar, yaralar, qanaxmalar, sınıqlar , hipotermiya, istivurma, donvurma , zəhərlənmə, suda boğulma və s. mövzular haqqında ətraflı məlumat verilib.

“103 Təlim Mərkəzi” nin keçirilməsində məqsəd tibbi yardım və onun prinsipləri haqqında məlumat vermək, eyni zamanda hər kəsin rast gələ biləcəyi müxtəlif ekstremal vəziyyətlərdə olan ilk yardım qaydalarının öyrədilməsi və praktiki olaraq göstərilməsi, tibbin hal-hazırda ən aktual olan mövzularında gənclərin maarifləndirilməsini təmin etməkdir.

Layihənin sonunda rəsmi bağlanış mərasimi keçirilib və Sağlam Ailə Tibb Mərkəzi tərəfindən təlimlərdə iştirak edən 30-a yaxın iştirakçıya sertifikat və  hədiyyələr təqdim edilib.