910
EN RU


Titrəmə

Titrəmə

Titrəmə 

 

1.Əllərdəki titrəmənin səbəbi nədir? 

Tibbi dildə tremor adlanan titrəmə iradəmizdən asılı olmayaraq, daha çox əllərdə, bəzən isə baş nahiyəsində, ayaqlarda, hətta səs tellərində olur. Adətən titrəmələr həyəcan, stress və psixi gərginlik zamanı artır. Müxtəlif nevroloji, mübadilə və endekrinoloji xəstəliklər titrəməyə səbəb ola bilər. 

 

2. Əllərimdə və ya bədənimin digər nahiyələrində titrəmə olan zaman nə etməliyəm? 

Əgər hər hansı preparat qəbul edirsinizsə, bu preparat sinir sisteminizə əks təsir göstərə bilər. Əks təsir nəticəsində, əllərdə və bədənin digər nahiyələrində titrəmə müşahidə olunur. Preparatların qəbulu ilə titrəmənin başlaması arasındakı zaman kəsiyinə diqqət etmək çox önəmlidir. Bu problem yaranan zaman mütəxəssislərə müraciət etmək lazımdır. 

 

3. Əsəbilik və titrəmə arasında hər hansı bir əlaqə var? 

Araşdırmalara əsasən, əsəbi olan zaman titrəmələr daha kəskin bir hal alır. Titrəmələrin artmasının digər bir səbəbi endekrinoloji problemlərdir. Qalxanabənzər vəzin hormonal fəaliyyətinin artması, həm əsəbilik, həm də əllərdə titrəməyə səbəb ola bilər. Bu hal müşahidə olunan zaman mütləq endekrinoloji müayinədən keçmək lazımdır. 

 

4.Sakitlikdə və ya hərəkətdə olan zaman yaranan titrəmənin qarşısını necə ala bilərəm? 

Bəzən adi bir hal kimi görünən titrəmə, hər hansı bir nevroloji xəstəliyin ciddi əlaməti ola bilər. Titrəmələr parikson xəstəliyi zamanı sakitlikdə, essensial tremor xəstəliyi olan zaman isə daha çox hərəkətdə olanda özünü biruzə verir. Ailə üzvlərində də bu tip şikayətlərin olması, titrəmə müşahidə olan şəxsə ilkin diaqnoz qoymaq üçün çox əhəmiyyətlidir. 

 

5. Titrəmələr məni davamlı olaraq narahat etmirsə, həkimə müraciət etməliyəm? 

Bu hal nadir hallarda müşahidə olunsa belə, ilkin diaqnozun qoyulması məqsədilə həkimə müraciət etməlisiniz. Müalicənin lazımlıq dərəcəsi həkim və pasiyentin qarşılıqlı söhbəti əsnasında müəyyən edilir. Əgər mövcud problem sosial dezadaptasiya vermirsə, müalicəni sonraya saxlamaq olar. Xəstəlik daha kəskin hal alan zaman mütləq müalicəyə başlamaq lazımdır. Müalicə nəticəsində titrəmələrin qarşısını birdəfəlik almaq mümkündür. 

 

6. Daha çox hansı amillərə diqqət etməliyəm? 

İş seçimində diqqətli olmalısınız. Əllərdə titrəməsi olan şəxs stress və həyəcandan uzaq olmalıdır. Bu səbəbdən, koordinativ işlərdə işləmək məqsədəuyğun deyil. 

 

 

Əzəmət Mirəli

Nevropatoloq