910
EN RU


Gözlərdə qızartı

Gözlərdə qızartı

Gözlərimiz həmişə diqqət mərkəzindədir .Onlarda olan hər hansı bir dəyişiklik daha tez nəzərə çarpır. “Qırmızı göz” termini qanlı və qıcıqlanmış gözlər üçün istifadə olunur. Bu qızartı skleradakı kapilyarların genişlənməsi hesabına baş verir.

Gözlərdəki qızartı adətən aşağıda göstərilən şikayətlərlə birgə müşahidə olunur:

·       Ağrı

·       Qaşınma

·       Şişkinlik

·       Dumanlı görmə və s.

Gözlərdə qızartının yaranma səbəbləri:

·                 Konyunktivitlər;

·                 Göz allergiyaları;

·                 Qlaukoma;

·                 Uveitlər;

·                 Keratitlər;

·                 Quru göz sindromu;

·                 Kontakt linzalardan istifadə;

·                 Travmalar;

·                 Qrip və soyuqdəymə;

·                 Ətraf mühit və iş şəraiti;

·                 Siqaret tüstüsü;

·                 Yuxu pozğunluğu;

·                 Uzun müddət televizora baxmaq və ya kompüterdən istifadə etmək;

·                 Nəm və havasız mühitdə olmaq;

Gözlərdəki qızartı, uveit və qlaukoma kimi ciddi göz problemlərinə siqnal ola bilər. Gözlərinizdə qızartı müşahidə edirsinizsə düzgün diaqnostika və müalicə üçün oftalmoloqa müraciət edin.