910
EN RU


Sizin fikirləriniz, bizim üçün hər zaman önəmlidir!

Sizin fikirləriniz, bizim üçün hər zaman önəmlidir!

      Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqaməti Sağlam Ailə Tibb Mərkəzinin pasientlərinə, həmçinin korporativ müştərilərinə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsinə, eyni zamanda işçi personalın əməyinin effektivliyinin yüksəldilməsinə yönəlmişdir. Sağlam Ailə Tibb Mərkəzinin keyfiyyət siyasəti ISO-9001:2008 və ISO 15189:2012 keyfiyyət standartlarına əsaslanır. Standartın tələblərinə uyğun olaraq, ildə iki dəfə həyata keçirilən bütün işlərin audit yoxlaması aparılır və bu yoxlamaların nəticələri protokollaşdırılır.

Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem əsasında Sağlam Ailə Tibb Mərkəzində ən müasir informasiya texnologiyalarının tətbiqi ilə aparılan bütün müayinələr, analizlər, eləcə də həyata keçirilən digər işlər online rejimdə daimi izlənilir.

Keyfiyyətə Nəzarət Şöbəsi istifadə olunan avadanlıqlara ciddi nəzarət edir. Bu nəzarət həm Sağlam Ailə Tibb Mərkəzinin, həm də Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları tərəfindən ildə bir dəfə müvafiq qaydada test-yoxlama üsulu vasitəsilə həyata keçirilir.

İstər fərdi pasientlərdən, istərsə də korporativ müştərilərdən daxil olan tövsiyyə və şikayətlər Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. Həmçinin,fərdi pasiyentlər və korporativ müştərilər arasında məmnunluq sorğuları keçirilir. Məmnunluq anketində qeyd edilən istəklər əsasında yeni avadanlıqlar, texnologiyalar və reaktivlərin gətirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.