910
EN RU


Baş ağrıları müşahidə olunursa nə zaman həkimə müraciət etməliyik?

Baş ağrıları müşahidə olunursa nə zaman həkimə müraciət etməliyik?

Statistikaya görə, insanların 60-70%-i baş ağrılarından əziyyət çəkir. Baş ağrılarına nevroloji xəstəliklərlə yanaşı, bir sıra sistemik xəstəliklərdə də rast gəlinir. Ağrıların səbəbi, təsadüfetmə tezliyi, şiddəti, sosial nəticələri fərqlidir. İnsanların əksəriyyəti baş ağrısının ciddi bir xəstəliyin əlaməti olmasından qorxur. Bir çox insanlarda xəstəlik xroniki və periodik kəskinləşmiş baş ağrıları ilə gedir.

Baş ağrıları iki böyük qrupa bölünür: birincili və ikincili ağrılar. Birincili ağrıların hər hansı bir səbəb yoxdur, xəstəlik ancaq baş ağrıları ilə davam edir. İkincili baş ağrılarına isə mərkəzi sinir sistemi törəmələri (şişlər), metobolik pozğunluqlar, insultların fonunda və digər hallarda təsadüf edilir.
 
Aşağıda göstərilən hallarda baş ağrısı təcili müayinə və həkimə müraciət üçün əsas göstəriş əlaməti ola bilər:

  • 1.Birtərəfli başağrısıdırsa;
  • 2. Ağrılar kəskin başlayıbsa;
  • 3. Ağrının tezliyi və şiddəti davamlı olaraq artırsa
  • 4. Ağrı müşahidə olunan şəxs 50-dən yuxarı yaş qrupuna daxildirsə;
  • 5. Şəxs xərçəng xəstəliyindən müalicə olunub və ya kəllə beyin travması keçiribsə;
  • 6. Müalicəyə cavab verməyən ağrılardırsa;
  • 7.Səhərlər yuxudan oyanan zaman yaranırsa;
  • 8.Əvvəlki başağrılarından daha şiddətlidirsə;  

Baş ağrısı dəyərləndirilən zaman, birincili və ya ikincili olmasını təyin etmək vacibdir. İkincili baş ağrılarında əsas xəstəlik müalicə olunmasa baş ağrılarından azad olmaq münkün olmayacaq. Baş ağrılarının müalicəsi zamanı, onun tipi, başlanğıcı, tezliyi, yeri, şiddəti, ürəkbulanma və qusma ilə müşahidə olunub-olunmaması, yuxu problemi yaratması, emosional və ailə faktorları, əvvəlki xəstəliklər, aparılmış müalicələr və s. nəzərə alınmalıdır.