Müasir həyat ritmi, daimi stress vəziyyətləri, qeyri-düzgün və qeyri-müntəzəm qidalanma, eləcə də əlverişsiz ekoloji amillər həzm sistemi xəstəliklərinin gündən-günə artmasına səbəb olur.
Aşağıda qeyd olunan orqanlarda həzm sistemi xəstəliklərinə rast gəlinir:
- Qida borusu
- Mədə
- Nazik və yoğun bağırsaqlar
- Mədəaltı vəz
- Qaraciyər
- Öd kisə və öd yolları
Həzm sistemi xəstəliklərinin aşağıdakı əsas əlamətləri var:
- Ağızda acılıq;
- Ağız suyu ifrazının artması;
- Udma zamanı narahatlıq və ağrılar;
- Qıcqırma;
- Gəyirmə;
- Hıçqırma;
- Ürəkbulanma;
- Qusma;
- Mədə və qarın nahiyəsində ağrılar;
- Nəcisin rənginin və qatılığının dəyişməsi;
- Qarında qurultular;
- Köp;
- İshal;
- Qəbizlik;
- İştahanın pozulması.
Həzm sistemi xəstəlikləri zamanı aşağıda göstərilən digər əlamətlər də müşahidə oluna bilər. Bu əlamətlər bağırsaqlarda həzm və sorulma, eləcə də normal mikrofloranın pozulmasına gətirib çıxarır.
- Arıqlama;
- Ümumi zəiflik;
- Dəri quruluğu;
- Dırnaqların nazikləşməsi və sınması;
- Saçların tökülməsi;
- Dilin relyefli olması və qızarması;
- Ağız bucaqlarında çatlar;
- Görmənin pozulması;
- Sümüklərdə ağrılar.
Aşağıda göstərilən əlamətlər öd kisəsi və öd yolları, qaraciyər və mədəaltı vəz xəstəliklərinin birbaşa əlamətləri ola bilər:
- Ağızda acılıq;
- Sarılıq;
- Sarılıq fonunda dəri qaşınmaları;
- Sağ qabırğaaltı nahiyədə ağrılar;
- Qarında və ayaqlarda şişkinlik.
Yuxarıda göstərilən həzm sistemi xəstəliklərinin əlamətlərindən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, mütləq şəkildə qastroenteroloqa müraciət edin.