910
EN RU


"Sağlam Ailə" “IB Gənclər Festivalı”nda iştirak etdi

 "Sağlam Ailə" Azərbaycanda ilk dəfə 11 001 gəncin iştirakı ilə keçirilən “IB Gənclər Festivalı”nda iştirak etdi.

25 iyun tarixində "IB Club" Gənclərin İnkişaf Mərkəzi və "Neftçi" Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə ölkənin ən böyük gənclər tədbiri "IB Gənclər Festivalı" baş tutdu. Festivalın keçirilməsində məqsəd gənclərin bir gün ərzində əylənərək öyrənə biləcəkləri unudulmaz bir günü yaşatmaqdır. estival gənclər tərəfindən gözlənilən marağı cəlb edə bilmiş və 11000-dən çox gənc Festivalın iştirakçısı olmuşdur.İki hissədən ibarət Festivalda 11001 gənc əvvəlcə Arena ətrafında müxtəlif əyləncəli və intellektual aktivliklərə və oyunlara qoşulmuş, müxtəlif şirkətlərin qurduğu stendlərlə tanış olmuş, şirkətlərin təklif etdiyi endirimli təkliflərdən Festival daxilindəcə istifadə etmişdilər. Festivalın əsas təşkilatçısı, ölkənin ən böyük gənclər mərkəzi olan IB Club Gənclərin İnkişaf Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir və artıq 12000-ə yaxın üzvü mövcuddur.