910
EN RU


SMARTAPPP

SMARTAPPP

 “SMARTAPPP” proqramının məqsədi, Azərbaycanda vahid endirimli mobil ticarət sistemi yaratmaqdır. Mobil ticarət, dövrünün ən müasir və ən sərfəli alış-veriş növü olmaqla yanaşı bir çox yeniliyi özündə cəmləyən bir sistemdir. Sınaqlar və tarix göstərir ki, yeniliyə açıq olan və texnoloji inkşafla ayaqlaşanlar daima uğur qazanır.  

“SMARTAPPP” proqramı “Ən çətin zamanlarda sizinləyik” şüarı altında hər bir Azərbaycan vətəndaşına, hər bir ailəyə sosial dəstək göstərərək - onlara ailə və şəxsi büdcəyə qənaət etmək, qazanmaq, pulsuz xidmətlərdən faydalanmaq imkanı yaradır.

Smartappp sistemində olan xidmət sahələrində endirim almaq istəyirsinizsə həmin obyektlərə yaxınlaşaraq Smartappp endirim Qr kodunu istəyin. Bunu bir dəfə almaqla siz hər zaman limitsiz, gündən günə sayı artmaqda olan obyektlərdə endirimlərdən yararlana bilərsiniz.

Sağlam Ailə Tibb Mərkəzinin xidmətlərindən istifadə edərkən endirim kartlarına ehtiyac qalmayacaq, çünki xüsusi mobil endirim proqramının kodu telefonunuzda və daimi üstünüzdə olur. Oxşar bonus sistemlərindən fərqli olaraq, pasiyentlərimiz xidmətlərdən istifadə edən zaman endirim əldə edəcək. Endirim kartlarından fərqli olaraq, SMARTAPPPCUSTOMER mobil endirim proqramı (kodu) sistemə qoşulan bütün xidmət obyektlərində keçərlidir. Proqrama üzv olan şəxs Sağlam Ailə Tibb Mərkəzinin xidmətlərindən istifadə edən zaman kassaya yaxınlaşıb proqramı açır, kassirin təqdim etdiyi QR kodu skan edir və 4% endirimli ödəniş edir.

Bu endirim göstərcisi sistemə qoşulan digər xidmət obyektlərində fərqlidir. Hər bir xidmət obyektində özünə məxsus olan endirim faizindən yararlana bilərsiniz.

Sistemə qoşulan obyektlər haqqında ətraflı məlumat mobil proqram daxilində olan mobil kataloqda və veb-saytda izləyə bilərsiniz. Sizə təklif olunan QR kodu dost və tanışlarınızla paylaşıb (smartfon, Whatsapp və digər sosial şəbəkələr vasitəsilə) onları da endirimli xidmətlərdən istifadə etməyə dəvət edin, hamınız qazanın və qənaət edin. 

        Ətraflı məlumat üçün facebook səhifəsi  SMARTAPPP