910
EN RU


Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

 Azərbaycanda 204 min şəkərli diabet xəstəsi qeydiyyatdadır”.

Bunu Respublika Endokrinolji mərkəzin direktoru Yusif İsmiyev bildirib.

 

Y. İsmiyev bildirib ki,  dispanser qeydiyyatında olan şəkər xəstələrindən 512 nəfəri uşaqdır.

 

Mərkəz direktorunun sözlərinə görə,  Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, hər il dünyada şəkərli diabet xəstələrinin sayı 10-15 faiz artır: “Bu rəqəm Azərbaycan üçün də eynidir. Ümumi respublika üzrə şəkərli diabet xəstələrinin 62 mini Bakı şəhərindədir”.

 

Şəkərli diabet xəstəliyinin yaranma səbəblərinə toxunan Y.İsmiyev bildirib ki, səbəblər müxtəlifdir. Hətta adi qrip xəstəliyi keçirən insan da onun fəsadı kimi şəkər xəstəliyinə tutula bilər: “ Uşaqlarda şəkərli diabetin aşkarlanmasının iki tipi mövcuddur. Birinci tipdə uşaqlarda şəkərli diabetin anadan keçməsi faktoru olmur, xəstəlik irsi sayılmır. İkinci tipdə isə şəkərli diabet irsi xəstəlik kimi qeydə alınır. Belə ki, ailədə valideynlərdən hər hansındasa diabet xəstəliyi varsa, o zaman ailənin fərdləri risk qrupuna daxil olurlar. Əgər valideynlərin hər ikisində də şəkərli diabet xəstəliyi varsa, o zaman uşaqlarda 50 % meyillik olur. Valideynlərdən birində şəkərli diabet olarsa, o zaman 30 % meyillilik olur”.

 

Mərkəz direktoru bildirib ki, şəkərli diabet istiqamətində respublikada həyata keçirilən işlər çərçivəsində 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub və 14 397 xəstəyə insulin terapiyası xidməti təqdim edilib: “Qeydiyyatda olan xəstələr insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib. Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı rayonlarda da həyata keçirilir. Bundan başqa, bölgələrdə (MingəçevirXaçmaz,MasallıGəncə və digər bölgələrdə) maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur.  Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasientlərə təlimlər habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir”.