Bölmələr
3000 NÖV LABORATOR ANALİZ KEYFİYYƏTƏ NƏZARƏT SİSTEMİ SEVİNDİRİCİ XƏBƏR |
“Sağlam Ailə” – bu günün müayinəsi, sabahın sağlam ailəsi!Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır. Bununla əlaqədar olaraq, son zamanlar dövlət tərəfindən səhiyyə sahəsinə ayrılmış vəsaitlər çərçivəsində xeyli işlər görülür. Yeni tibb müəssisə inşa olunur, yenidən qurulub, avadanlıqlarla təchiz olunub, müasir standartlara uyğunlaşdırılır. Bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar bir daha onu göstərir ki, ümummilli liderin səhiyyə sahəsinə göstərdiyi qayğı və diqqət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Bununla yanaşı, bu gün H.Əliyev fondu və onun rəhbəri Mehriban Əliyevanın ictimai, mədəni, təhsil, xüsusi ilə tibb sahəsinə ayırdığı diqqət və qayğı göz qabağındadır. Müstəqil Azərbaycanda özəl səhiyyə müəssisələri də günü-gündən inkişaf edir. Bu gün özəl sektora geniş yer verilməklə yanaşı, böyük inam var. Belə inam və etimadlari doğruldan mərkəzlərdən biridə 2003-cü ildən fəaliyyətə başlayan “Sağlam Ailə” Tibb mərkəzidir. Cəmiyyətin əsas aparıcı qüvvəsi, sabahın anaları, ataları olan gənclərdir. Xoşbəxt gələcək isə təməli qoyulan bu ailələrin sağlamlığından aslıdır. Respublikamızda ilk molekulyar laboratoriyalardan birinin qurulub fəaliyyət göstərdiyi “Sağlam Ailə” Tibb Mərkəzi əsasən gənclərin reproduktiv sağlamlığı ilə məşğul olur. “Azərbaycan genofondunun keşiyində” şüarı altında mərkəzin məqsədi evliliyə qədəm qoyan, bu ciddi addımı atmağa qərar verən cütlüyün hər birinin sağlam olaraq ailə qurmasına yardımçı olmaqdır. Mərkəzdə infeksion, irsi qan xəstəlikləri, reproduktiv problemlərin erkən diaqnostikası aparılır. Bununla yanaşı, androloq, terapevt, seksapatoloq, dermatoveneroloq və ginekoloqun konsultasiyaları nigahqabağı gənclərə və valideyn olmağı planlayanlara pulsuz şəkildə verilir. Müxtəlif “CHECK-UP” müayinələrə isə 5%-20% (30 yaşa qədər) endirim edilir, imkanlarımız daxilində hər hansı infeksion xəstəliyin müalicəsi ödənişsiz təqdim olunur. Gənclərə eyni zamanda xüsusi “Mən ailə qururam”, “Mən ana olmaq istəyirəm”, “Mən ata olmaq istəyirəm” paketləri də təklif olunur. 3000 növdən artıq analiz çeşidinə malik olan mərkəzin laboratoriyası İSO 9001:2008 sertifikasiyasından keçmişdir, onun fəaliyyəti sertifikatlaşdırma üzrə dünya liderlərindən sayılan beynəlxalq Büro Veritas təşkilatının nəzarəti altındadır. Bu, o deməkdir ki, laborator müayinələrinizin dəqiq olacağına əmin ola bilərsiniz. Analizlərin ştrix kodlanması isə verilən biomaterial səhf düşməsinin qarşısını alır və məxfiliyin əsasını verir. Bu işləri görməkdə tək hədəfimiz gənclər arasında toydan öncə və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gənclərimizin şüuruna təsir etməkdir. Təəssüf ki, bu gün gənclərimizi qorxudan məsələlərdən biri də problem olduğu halda onların ailə qura bilməyəcəkləridir. Bu belə deyil! Elmin bu günki inkişafı, problemin öncədən genetik molekulyar səviyyədə müəyyən edilməsinə, gələcəkdə baş verə bilən hadisənin qarşısının alınması imkanı yaradır. Ona görə də üzümüzü ailə qurmaq niyyətində olan gənclərə tuturuq. Toy qabağı həkim müayinəsindən keçməyi unutmayın. “Sağlam Ailə” klinikası – bu günün müayinəsi, sabahın sağlam ailəsi! |
Media Biz Facebook-da Millinet 2011 |








































