AZƏRBAYCAN GENOFONDUNUN KEŞİYİNDƏ!

Ana səhifə | Konfranslar | Kişi sağlamlığı | Qadın sağlamlığı | Uşaq sağlamlığı | Əlaqə

AZ | RU | EN

Bizim Tibb Mərkəzinin laboratoriyası Azərbaycanda ISO 9001:2008 Beynəlxalq keyfiyyət standartı sertifikatına malik yeganə molekulyar laboratoriyadır.

Analizlərinizin cavabı hazırdır?
Kartın kodunu daxil edin:
Bölmələr

 

Анализы

 

3000 NÖV LABORATOR ANALİZ

KEYFİYYƏTƏ NƏZARƏT SİSTEMİ

SEVİNDİRİCİ XƏBƏR

Laboratoriya haqqında

Laborator müayinə  preanalitik, analitik və postanalitik inkişaf mərhələləri keçən uzun bir prosesdir. Sonda pasientin əlinə dəqiq nəticə vermək üçün hər üç mərhələ düzgün təşkil olunmalı, nəticəyə təsir edə biləcək bütün məqamlar öncədən düşünülməli və aradan qaldırılmalıdır.

Laborator müayinə prosesi preanalitik, yəni müayinəöncəsi mərhələdən başlayır. Bu mərhələ pasientə müayinənin təyin olunmasından başlayaraq, həmin müayinəyə müvafiq olan biomaterialın götürülməsi, müayinə olunmaq üçün laboratoriyaya daxil olmasınadək keçdiyi yolu əhatə edir. Preanalitik mərhələdə laborator müayinələrin keyfiyyətinə təsir edə biləcək amillər laboratoriya heyətindən deyil, daha çox lazımi müayinənin seçilməsi, pasientin müayinəyə düzgün hazırlanması və müayinə materialının götürülməsi, saxlanması və daşınması şərtlərinə dəqiq riayət edilməsindən asılıdır.

Gəlin təsəvvür edək, bu mərhələ necə inkişaf edir. Pasient həkimə hər hansı bir şikayətlə müraciət edir. Həkim onu dinləyir, sorğu-sual edir. Pasientin söylədikləri və həkimin müşahidə etdiklərinin əsasənda “təxmini diaqnoz” formalaşır. Həkim diaqnozunu əsaslandırmaq üçün xəstəliyin etio-patogenezini, orqan və toxumalarda dəyişiklikləri nəzərə alaraq, bütün bunlarə əks etdirə biləcək laborator müayinələri seçir. Pasientdə ehtimal olunan xəstəlik, xəstəliyin hansı mərhələdə olması, pasientin müayinəyə hazırlıq qaydaları haqqında məlumatlandırılması, daha  informativ müayinə materialı, müayinə üsulunun seçilməsi və s. preanalitik mərhələnin hələ pasient laborator müayinə xidmətinə müraciət etməsindən öncəki hissəsini əhatə edir. Çox zaman bura qədərki mərhələni izləmək laborator xidmətə müyəssər olmur.

Preanalitik mərhələdə ən vacib  və həssas məqamlardan biri də biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə əməl olunmasıdır. Bu zaman hansı səhvlər ola bilər və bunların baş verməməsi üçün bizim mərkəzdə hansı tədbirlər görülür.1-cisi, hər bir müayinənin aparılması üçün biomaterialın götürülmə təlimatlarına ciddi riayət olunur. Digər tərəfdən, müayinə materialının böyük hissəsini təşkil  edən qan nümunələrinin əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul,  həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir. Bu yolla, həm nümunə travma almadan, çirklənmədən əldə olunur, həm də pasient qanla yayılan xəstəliklər xofundan azad olur.

2-cisi, mərkəzimizdə keçən ildən tətbiq edilən avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr  yalnız həmin pasientə məxsus olan kodla markirə olunur. Bu isə, personalımızın əl əməyinin azalması hesabına qeydiyyatın sürətini artırmaqla yanaşı, həm də biomaterialların kodlanmasında insan faktorunu aradan qaldıraraq səhvləri minimuma endirir, nümunənin başqasınınki ilə səhv düşmə ehtimalını sıfıra endirir. Əslində, pasientlər çox zaman məhz elə bundan ehtiyyat edirlər.

Material laboratoriyaya daxil olduğu andan müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlarən tələbləri əsasənda hazırlanması   prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Analitik mərhələnin keyfiyyət göstəriciləri nəzarət nümunələri, yəni kontrollardır. Kifayət qədər stabil göstəricilərə malik olan kontrollar analitik mərhələdə müayinə prosesinə mənfi təsirləri əks etdirməklə, analitik mərhələdəki səhvlərin vaxtında aşkarlanaraq qarşısının alınmasına imkan yaradır. Əlbəttə, analitik mərhələnin əsas idarəedici qüvvəsi həm də yüksək ixtisaslı, daim təlimləndirilən peşəkar laboratoriya personalıdır. Bu mərhələnin tam avtomatlaşdırılması, eyni zamanda müayinə nəticələrinin kompüterləşmiş inteqrasiya sistemi vasitəsilə birbaşa pasientin nəticə blanklarına ötürülməsi nəticələrin çap olunması zamanı ilk baxışda bəsit görünən, əslində isə yanlış nəticənin pasientə təqdim olunmasına səbəb ola biləcək çox ciddi səhvlərin qarşısını alır.


Postanalitik mərhələ nəticələrin qiymətləndirilməsi ilə başlayır. Bu mərhələnin tam nəzarətdə saxlanılması üçün biz 2 mərhələli nəzarət sistemi yaratmışıq. Birincisi keyfiyyətə nəzarət sistemidir ki, bu sistem biomaterialın götürülməsi anından başlayaraq, nəticələrin hazır olmasınadək hər bir materialın keçdiyi yolu  yenidən izləyir. Yalnız bütün kriteriyalar üzrə qənaətbəxş sayılan nəticələr növbəti nəzarət mərhələsinə keçir. Növbəti nəzarət mərhələsi isə həkim-klinisist tərəfindən nəticələrin həqiqətə uyğunluğunun, mümkünlüyünün bir klinisist gözü ilə qiymətləndirilməsindən ibarətdir. Bundan sonra, nəticələrin hazır olduğu barədə pasientə məlumatlandıraraq və ona təqdim edirik. 

Bu sahədə planlaşdırılmış növbəti addım laborator müayinələrin keyfiyyətinə xarici nəzarətin təşkil olunmasıdır.


Media

Videoları Youtube kanalımızdan izlə

Biz Facebook-da

Twitter
Millinet 2011

Ana səhifə | Laboratoriya haqqında | Xidmətlər və qiymətlər | Mütəxəsislərimiz | Ünvana çağırış | Əlaqə
Site by Ruslan Sharifov | Copyright © 2010. “Sağlam Ailə” Tibb Mərkəzi | Bütün hüquqlar qorunur. analizlər və qiymətlər bölməsinin hazırlanmasında invitro.ru saytından istifadə olunmuşdur