
Müasir dövrün dinamik inkişafı, qloballaşma cəmiyyət qarşısında bir çox həlli vacib-əxlaqi, mənəvi problemlər qoyur. Bu problemlərin həlli cəmiyyətin gələcəyini müəyyənləşdirir.
Ailə insanı bütün həyatı boyu müşayiət edən ictimai fenomendir. Ailə - bir neçə yaş qrupuna daxil olan insanların birgə yaşaması deyil, eyni zamanda bu “kiçik dövlətin hər bir vətəndaşının” qarşılıqlı harmoniya şəraitində birgə həyatıdır. Bu səbəbdən “ailə qurmaq istəyirəm” deyə qərar verən gənclər necə deyərlər “yüz ölçüb, bir biçməlidirlər”.
Evlilik hazırlığında olan cütlüklər gələcəkdə yaşayacaqları evin seçilməsi, əşyaların alınması, dəvətlər, toy mərasiminin keçiriləcək yer və s. haqqında düşünürlər. Lakin bütün bunlarla yanaşı və daha vacib sayılan bir nüans çox təəssüf ki, az hallarda gəncləri düşündürür. Hər bir şəxs aldığı tərbiyədən, böyüdüyü sosial şəraitdən asılı olmayaraq belə bir addım atmazdan öncə ictimai həyatından da vacib, sağlamlığını bir daha nəzarətdən keçirməlidir. Müasir dövrdə bu problem çox aktualdır. Ailə yeganə birlikdir ki, onun üzvlərinin sayı xaricdən gələn fərdlər hesabına deyil, bu birliyi təşkil edən şəxslərdən törəyən övladlar hesabına artır. Ailənin gələcəyi isə bütövlükdə dünyaya gələcək övladın sağlamlığından asılıdır.
Toyqabağı müayinə testləri cütlüklərə önəmli bir gələcək xəritəsi cızır. Belə ki, müayinələr evlənəcək gənclərdə əgər varsa daşıyıcısı olduqları xəstəliklər haqqında, reproduktiv sağlamlıqları eləcə də gələcəkdə dünyaya gələcək körpələrinin sağlamlığı haqqında məlumat əldə etmiş olacaqlar.
Bu gün infeksiyaların, onkoloji xəstəliklərin, onlarla naməlum etiologiyalı patologiyaların tüğyan etdiyi bir dünyada yaşayırıq. Ailə qurarkən bir-birinizə çiçək əvəzinə "xəstəliklərdən hörülmüş çələng" bəxş etmək istəmirsinizsə evlənməzdən öncə ətraflı müayinələrdən keçməniz məqsədəuyğundur.
Nigaha daxil olmaq istəyən bəy və xanımlarımıza hər cins üçün individual olaraq paket şəklində aşağıdakı müayinələrdən keçmək təklif olunur:
AİLƏ QURMAĞA HAZIRLAŞAN CÜTLÜKLƏR ÜÇÜN:
İnfeksiyaların müayinəsi:
- Hepatit B, Hepatit C, Luis, HİV
- Chlamidia.tr
- Ureaplasma urealiticum\parvum
- Mycoplasma hom
- Mycoplasma genitalium
- N.gonorrhoeae
- Trichomonas vag
- Herpes I+II
HİV, hepatit b (HBsAg), hepatit c (anti-HCV ) və Luis: Bu test həm bəylərimiz həm xanımlarımız üçün mütləq hesab edilir. Testin nə üçün aparılması haqqında qısa təsvir verək. Bu törədicilər cinsi və qan yolla ötürülərək immun sistemi, qaraciyər və digər orqanları zədələyirlər. Gələcək körpəyə də bu xəstəliklərin ötürülmə faktı da inkar olunmur.
Chlamidia.tr, Ureaplasma urealiticum\parvum, Mycoplasma hom, Mycoplasma genitalium, N.gonorrhoeae, Trichomonas vag, Herpes I+II kimi infeksiyalar CYYX (cinsi yolla yoluxan xəstəliklər) qrupuna aiddirlər. Bu analiz qrupunu toyöncəsi yalnız bəylərimizin verməsi kifayətdir. CYYX ümumiyyətlə həm qadınlarda həm kişilərdə rast gəlinərək sonsuzluq risqini artırır və digər təhlükəli hallara səbəb olurlar. Bu qrup xəstəliklər uşaqlıqdankənar hamiləlik hallarını 7-10 dəfəyə qədər artmış olur .Eləcə də yenidoğulmuş uşaqlarda ağciyər, göz və mərkəzi sinir sistemi infeksiyalari və ölümlərə səbəb olur.
Pozitiv nəticə olan hallarda erkən müalicə aparılmalıdır. Məlumdur ki, bu infeksiyalar cinsi yolla ötürülür və hətta kiçik infeksiya ocağının olması gələcəkdə dölün bətndaxili yoluxmasına gətirib çıxarır.
Spermoqramma (Spermanın kliniki müayinəsi )Spermoqramma vasitəsilə spermatozoidlərin morfologiyası, hərəkətliliyi və s. öyrənilir. Belə ki bu müayinə kişi reproduktiv sağlamlığının qiymətləndirilməsi üçün əsas analiz hesab olunur.
Qanın ümumi analizi- Bu müayinədən nigaha daxil olan hər iki gənc keçməlidir.Toyqabağı qanın ümumi müayinəsi yüksək ötürülmə risqi olan Talassemiyanın diaqnostikası üçün vacibdir. Qeyd edək ki, Talassemiya hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Hər iki valideyin daşıyıcı olan hallarda dünyaya gələcək körpənin xəstə doğulma risqi qaçılmaz olaraq qalır.
Qan qrupu və rezus faktor - Qan qrupunun təyini testi, gələcək ana ilə ata arasında qan uyuşmazlığını öyrənmək üçün aparılan müayinədir. Bu səbəbdəndir ki, hər iki gənc bu müayinəyə cəlb olunmalıdır. Qan uyuşmazlığı qan qrupu ilə deyil, qandakı Rh faktoru ilə əlaqəlidir. Yalnız qadında Rh neqativ, kişidə isə Rh pozitiv olan hallarda uyğunsuzluq əmələ gələ bilər. Bu gələcəkdə hamiləlik zamanı immunoloji konfliktə səbəb ola bilər.
Qadın Rh pozitiv, kişi Rh neqativ isə uyuşmazlıq yoxdur.
Qadın Rh neqativ, kişi Rh neqativ isə uyuşmazlıq yoxdur.
Qadın Rh pozitiv , kişi Rh pozitiv isə uyuşmazlıq yoxdur.
USM (Andrologiya) və USM (ginekologiya) kiçik çanaq orqanlarının anatomik vəziyyətini, iltihabi və patoloji dəyişiklikləri görüb, qiymətləndirmək imkanı verir.
Tonzilit, Haymorit, Sinusit, Bronxit, Sistit və bu xəstəliklərin müalicəsini aparmaq lazımdır!
Toyqabağı stomatoloqa da müraciət etməyi unutmayın.
Sadaladığımız müayinələri nigah kimi ciddi addımı atmazdan minimum 1-3 ay əvvəl aparmaq lazımdır. Çünki aşkarlanmış hər hansısa bir problemi bu müddət ərzində aradan qaldırmaq mümkündür.
Heç kəsə sirr deyil ki, gizli klinik gedişə malik xroniki urogenital infeksiyalar cinsi yolla yoluxur. Bu infeksiyaların diaqnostikasında bu gün ən son laborator metodlar uğurla tətbiq olunur. “Sağlam Ailə” Özəl Tibb Mərkəzində ailə qurmağı planlayan gənclərə xüsusi müayinələr təklif edilir. Yeni ailə qurmağı planlayan gənclərə həkim konsultasiyaları pulsuz, müəyyən müayinələr isə güzəştli qiymətlərlə təşkil olunur. Mərkəzimiz infeksion, irsi qan xəstəlikləri, reproduktiv problemlərin erkən diaqnostikasını aparır. Bununla yanaşı, androloq, terapevt, seksapatoloq, dermatoveneroloq və ginekoloqun konsultasiyaları nigahqabağı gənclərə və valideyn olmağı planlayanlara pulsuz şəkildə verilir. Müxtəlif “CHECK-UP” müayinələrə isə 5%-20% (30 yaşa qədər) endirim edilir, imkanlarımız daxilində hər hansı infeksion xəstəliyin müalicəsi ödənişsiz təqdim olunur. Ehtiyac olduğu hallarda sizin üçün individual olaraq müəyyən qrafiklə analiz paketi seçə bilərik.
Sağlam ailə klinikası nigaha daxil olmağa hazırlaşan cütlüklərə “evlənirəm” və “ailə qururam”adlı güzəştli müayinə paketlərini təklif edir. Mərkəzin əsas iş prinsipi məhz gənclərin ailə qurmazdan öncə kompleks müayinədən keçərək baş verə biləcək problemlərin qarşısının alınması üzərində qurulur.
Hər birimizin - bu günkü və gələcək nəslin sağlamlığı cəmiyyətimizin əsas xəzinəsidir!