Həkim sirri- pasient barədə,tibbi kömək üçün müraciət faktı,diaqnoz,sağlamlıq vəziyyəti və şəxsi həyat barədə olan,müayinə və müalicə zamanı əldə olunan və açıqlanması yol verilməyən məlumatlardır.

Sizin bizə müraciətinizin məxvi liyini təmin etmək üçün biz mümkün olan hər şeyi edirik.Sifarişin qeydiyyatı zamanı,hər pasientə sifarişin fərdi nömrəsi olan kart verilir.Sifarişin nömrəsi gizli məlumatdır.Buna görə də biz Sizdən xahiş edirik ki,müayinə nəticələrinin yalnız sifariş nömrəsi olan kuponu təqdim etdikdə verilməsinə anlaşma ilə yanaşasınız.Nadir hallarda nəticələr,sifarişin qeydiyyatı zamanı təqdim olunan şəxsiyyəti təstiq edən sənədlərlə verilə bilər(anonim sifariş olunan hallar istisna olmaqla).

“Sağlam Ailə” mərkəzində sifarişin qeydiyyatı zamanı və ya bizim saytda qeydiyyat formasının doldurulması zamanı təqdim etdiyiniz bütün şəxsi məlumatlar,yalnız Sizinlə əməkdaşlıq etmək və Sizin sifarişinizin işlənməsi üçün istifadə olunur.Heç bir şəxsi informasiya,Sizin icazəniz olmadan,üçüncü şəxslərə və təşkilatlara verilməyəcək.