Uşaqlığın mioması (mioma) – uşaqlıq divarının əzələ qatında yaranan düyünlü xoşxassəli törəmədir.Xəstəlik ən çox 40-50 yaşda olan qadınlarda rast gəlinir,lakin son vaxtlar xəstəlik “cavanlaşıb”-düyünlü yeni törəmələr 20-30 yaşda olan qadınlarda aşkar olunur.


Miomanın inkişafı miometriy qatında bir və ya bir neçə düyünün yaranmasına gətirib çıxaran  hormonal pozulmalarla bağlıdır.Düyünlərin ölçüsü inkişaf edən dölün ölçüləri kimi həftələrlə qiymətləndirilir.


USM    diaqnostikası hətta müalicə tələb etməyən,lakin müşahidə olunmalı ən əhəmiyyətsiz bərkimələri də aşkar etməyə imkan verir.Düyünlərin kəskin böyüməsi ödemə və nekrotik dəyişikliklərə gətirib çıxaran qan dövranının pozulması hesabına baş verir.Ölçülərin böyüməsi hüceyrə kütləsinin artmasına görə ola bilər ki, bu da nadir hallarda rast gəlinir.


Uşaqlığın selikli qişasının altında yerləşən düyünlər olduqda güclü qanaxma ola bilər.Embrionun uşaqlığa bitişməsi prosessinin pozulması adəti düşüklərin və sonsuzluğun səbəbidir.


Menopauza dövründə bir çox yeni törəmələr geriyə inkişaf edir, lakin bəziləri böyük    ölçülərə çatır.Bu isə uşaqlığın yığılma xüsusiyyətini pozduğundan o menstrual qanaxmanı dayandırmağa qadir deyil.


Xəstəlik heç də həmişə özünü biruzə vermir,simptomsuz keçir,qadın onu heçnə narahat etmədiyinə görə həkimə müraciət etmir.Bu düyünün çox böyüməsinə,nəticədə cərrahi müdaxilənin zəruriliyinə gətirib çıxarır.

 

Patoqenezi

Uşaqlıq miomasının yaranma və inkişaf səbəbləri hələ tam öyrənilməyib.Lakin aydın olub ki, miometriyanın hiperplaziyası hormondan asılı yeni törəmədir və ocaqlı və ya diffuz xarakterdə ola bilər.


Xəstəliyin inkişafı üçün fon:

- hiperestrogeniya
- hiperqonadotropizm
- proqesterondefisitli vəziyyət

Düyünlərin atrımı estroqenlərin səviyyəsindən asılıdır:menopauzadan sonra düyünlər kiçilir,hamiləlikdə hamiləliyin pozulmasının səbəbi olan artım müşahidə edilir.Şişin olması sonsuzluğa da gətirib çıxarda bilər.

 

Hamiləlik bir neçə səbəbdən baş vermir:

-Şiş uşaqlıq borularının qabağını tutduğundan yumurta hüceyrəsinin normal keçməsinə mane olur.
-Uşaqlıq əzələlərinin yığılması yumurta hüceyrənin uşaqlıq divarına bitişməsinə imkan vermir.
-Hiperplaziya və endometriozun inkişafı və s.

Miomanın inkişafının risk faktorları:

- menstrual funksiyanın pozulması
- abortlar
- endometrioz
- hormonal pozulmalar
- ürək-damar sistemi xəstəlikləri

 

 

Miomaların klassifikasiyası

Miomaların klassifikasiyası  lokalizasiyasına (uşaqlıq boynu və ya uşaqlıqda) və uşaqlığın əzələ qatına görə ola bilər:

- əzələarası-uşaqlıq divarının qalınlığında düyün
- selikli qişa altı- düyün uşaqlığa doğru artır
- peritonaltı- düyün qarın boşluğuna doğru artır
- düyünün mərkəzdə artımı

Aşağıdakılardan asılı olaraq klinikası çox müxtəlif ola bilər:

- düyünün lokalizasiyası
- şişin böyüklüyü
- patoloji proseslərin olması
- xəstəliyin müddəti və s.

 

Miomanın çox rast gəlinən kliniki əlamətləri:

-Qarnın aşağı hissəsində və beldə ağrılar.Kəskin ağrılar düyündə qan dövranı pozulduqda yaranır.
-Belə diaqnozlu qadınların çoxunda qanaxmalar olur.Selikli qişaaltı şişlər zamanı vaxtından çox davam edən güclü menstruasiyalar müşahidə edilir.

 

Adətən şişlər çox yavaş-yavaş artır.Əgər il ərzində uşaqlığın ölçüləri beş həftəlik hamiləlik  ölçülərinədək böyüyürsə,şişin sürətlə böyüdüyü sayılır.

Şişin böyük ölçüləri digər orqanların işinə maneçilik törədə bilər,qanda hemoqlobinin azalması mümkündür.Miomanın nekrozu ciddi ağırlaşma sayılır.

 

Miomanın diaqnostikası

Miomanın diaqnostikasında şişin lokalizasiyası və ölçülərini müəyyənləşdirməyə imkan verən əllə müayinə böyük əhəmiyyət kəsb edir.Ümumi baxışdan əlavə aşağıdakı müayinə üsulları tətbiq olunur:

- USM  diaqnostikası müalicənin effektini müəyyənləşdirmək üçün müntəzəm aparılır.Bu diaqnostika üsulu düyünün vəziyyəti,onun yerləşdiyi yer və ölçüləri barədə məlumat verir.
- endoskopik (kolposkopiya,laparoskopiya və s.). Bu müayinələr  sitoloji və histoloji müayinələr üçün material götürməyə,eləcə də,endometriyanın,yumurtalıqların, uşaqlıq artımlarının və şişin özünün vəziyyətini müəyyənləşdirməyə imkan verir.
-rentqenoloji.

Eləcə də,digər müayinələr aparılır:

- uroqenital infeksiyaların aşkar olunması (xlamidioz,mikoplazmoz,ureaplazmoz və s.)
- onkositoloji müayinələr
- onkomarkerlərin aşkar olunması
- neyroendokrin-metabolik statusun qiymətləndirilməsi
- immun sistemin qiymətləndirilməsi

Miomanı erkən mərhələlərdə aşkar etmək üçün 30 yaşdan yuxarı bütün qadınlar və yaşdan asılı olmayaraq risk qrupuna aid olan qadınlar ildə bir dəfə USM-dən keçməlidir.

Miomanın müalicəsi:

- konservativ
- cərrahi

Miomanın konservativ müalicəsi xəstəliyin erkən mərhələlərində və ya cərrahi müdaxilədən sonra aparılır.Bu müalicə üsulunda əsas məqsəd – şişin böyüməsini dayandırmaqdır.Cərrahi müdaxilədən əvvəl qan itirməni maksimum azaltmaq üçün bir sıra preparatlar təyin olunur.

Bu üsulun çatmamazlığı odur ki,dərman qəbulu dayandırılanda mioma yenidən böyüməyə başlayır.

Əgər konservativ müalicə üsulu müsbət nəticə verməyib, şiş böyük ölçülərə çatıbsa onun bədxassəliyə keçmə şübhəsi var və cərrahi müdaxilə vacibdir.

Hazırda aparılan cərrahi müdaxilə növləri:

- laparatomiya miomektomiya ilə
- laparoskopik miomektomiya ( diametri 2 sm-dən çox olmayan, ayaqcıq üzərində olan intramural və ya subseroz düyünlərin kəsilib götürülməsi üçün )
- histeroskopik miomektomiya (bu üsulla selikli qişa altında yerləşən düyünlər kənarlaşdırılır)
- histerektomiya (laparoskopik və ya laparotomik)

Əgər digər cərrahi üsullar nəticə verməyibsə uşaqlığın çıxarılması (histerektomiya) həyata kecirilir.Belə müdaxilə postmenopauzadan ilk 2 il sonra şişi kiçilməyən 40 yaşdan yuxarı qadınlarda onkopatoloqiyanın qarşısını almaq üçün aparılır.

Miomanın profilaktikası

Miomanın profilaktikasında əsas qayda xəstəliyin erkən diaqnostikası üçün müntəzəm olaraq həkim qəbulunda olmaqdır.Abort etmiş qadınların bu xəstəlikdən daha çox əziyyət çəkdiyi qeydə alınıb.Hormonal kontraseptivlər və miometriyanın hiperplaziyasının profilaktikası da  əhəmiyyətlidir.