910
EN RU


Anonimlik

 Vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir.

Hər bir pasiyent öz şəxsi sirrinin gizli saxlanılması hüququna malikdir, həkim də, müalicə prosessində iştirak etmiş digər insanlar qədər həkim sirrini və eləcə də əgər pasyent başqa cür göstəriş verməmişsə onun müalicə üçün müraciət etməsi faktını belə qorumalıdır. Pasiyent sirri xəstənin müayinə və müalicəsi zamanı alınan bütün məlumatları (diaqnoz, müalicə üsulları, proqnoz və s.) özündə ehtiva edir. Eyni zamanda pasiyentin müalicə prosessində iştirak etmiş digər şəxslərin(qeydiyyat işçiləri, tibb bacıları və s.) də tibbi sirri qorumalarını təmin edilir.

Sizin bizə müraciətinizin məxviliyini təmin etmək üçün biz məhz bizim tibb mərkəzinə aid olan bir sistem qurmuşuq. Pasient hər hansısa bir müayinədən keçmək üçün bizim tibb mərkəzinə müraciət etdiyi zaman yalnız ona məhsus olanvə fərdi nömrəsi olan bir tibbi kart təqdim olunur. Hər bir tibbi kartda qeyd olunan sənəd nömrəsi təkrar olunmazdır və gizli məlumat hesab edilir. Pasiyent cavabların alınması üçün müraciət etdiyi zaman anonimliyin qorunması məqsədi ilə  nəticələr yalnız bu kart əsasında təqdim oluna bilər, bəzi hallarda isə pasientin şəxsiyyət vəsiqəsi əsasında da cavabları əldə etmək olar.

“Sağlam Ailə” mərkəzində qeydiyyatdan keçdiyiniz zamanı təqdim etdiyiniz bütün şəxsi məlumatların Sizin icazəniz olmadan,üçüncü şəxslərə və ya təşkilatlara verilməsi mümkün deyil.