910
EN RU


Rəhbərlik

Son illər müstəqil Azərbaycan böyük uğurlar qazanaraq  beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmuşdur. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

 Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır və bu inkişaf  hər bir sahəyə öz təsirini göstərir. Bununla əlaqədar , son zamanlar dövlət tərəfindən səhiyyə sahəsinə ayrılmış  vəsaitlər çərçivəsində daimi olaraq işlər həyata keçirilir. Yeni tibb müəssisələri inşa olunur, yenidən qurulub, daha da yaxşı avadanlıqlarla təchiz olunub, müasir standartlara uyğunlaşdırılıb vətəndaşların xidmətinə verilir. Bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar  bir daha onu göstərir ki, ümummilli liderin səhiyyə sahəsinə göstərdiyi qayğı və diqqət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bununla yanaşı, bu gün H.Əliyev fondu və onun rəhbəri Mehriban Əliyevanın hər bir sahəyə, xüsusi ilə tibbə ayırdığı diqqət və qayğı göz qabağındadır.

 

Müstəqil Azərbaycanda özəl səhiyyə müəssisələri də günü-gündən inkişaf edir. Bu gün özəl sektorun inkişaf etməsi üçün çox gözəl şərait yaradılır və bunun nəticəsi olaraq insanların da inamı onların inkişafını gördükçə daha da artır.

 

Eyni zamanda ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı davamlı islahatlar həyata keçirilir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiq edilməsi yönündə atılan addımlar,özəl sektoru inkişafı üçün yaradılan şərait, gənc həkimlərimizin ixtisas artırılması üçün xaricə göndərilməsi və s. da bu islahatların tərkib hissəsidir.

Azərbaycan xalqının illər boyunca qurulmuş, dünyanın heç bir yerində analoqu olmayan bir ailə modeli var. Böyük, kiçiyə  və qadına  hörmətlə yanaşmaq kimi mədəniyyətimiz və heç bir başqa xalqda olmayan dəyərlərimiz var. Amma bu dəyərlər nə qədər önəmli olsada Azərbaycan ailə  modelini tibbi tərəfdən də möhkəmləndirib , yeni ailə modeli hazırlamalıdır ki,  vətəndaşlarımız  ailə qurduğu zaman   sağlamlıq kağızı və nigah üçün mülki sənəd təsdiq etsin.

Cəmiyyətin əsas aparıcı qüvvəsi, sabahın anaları, ataları olan gənclərdir. Xoşbəxt gələcək isə təməli qoyulan bu ailələrin sağlamlığından aslıdır.

“Bu günün müayinəsi- sabahın Sağlam Ailəsi”  ilə  2003-cü ildən fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəflərindən biridə gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gənclərimizin şüuruna təsir edərək gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaq idi.

Yaradılan ilk gündən mərkəz gənclərin nikah öncəsi tibbi müayinə mədəniyyətinin təyinatçısı kimi tanındı və bu istiqamətdə həyata keçirilən minlərlə sosial layihələr, aksiyalar, tələbələr,yeni ailə quranlar və gələcək valideyinlər üçün olan təlim-seminarlarda öz mühüm yerini tutur. Sağlam ailələrin qurulması və qorunması üçün  təbliğat və təşviqat kompaniyaları keçirməklə gənclərimizin maarifləndirilməsini özümüzə fəaliyyətə başladığımız ilk gündən borc bildik.

2003-cü ildən bu məqsədimizə doğru irəliləyirik və bu yöndə əldə etdiyimiz uğurlar gördüyümüz işin davamlı olmasında bizə stimul verir.

 “Sağlam Ailə” klinikası – bu günün müayinəsi, sabahın sağlam ailəsi!