910
EN RU


Sumqayıt filialı

                                                                                                       

            Artıq 13 ildir ki, Sağlam Ailə Tibb Mərkəzi Azərbaycan xalqının sağlamlığının keşiyində layiqincə dayanan nümunəvi tibb ocaqlarından biri kimi tanınır. Sağlamlığında yaranmış problemlərlə bağlı Sumqayıt şəhərindən Bakıda yerləşən mərkəzimizə üz tutan insanların rahatlığını təmin etmək məqsədilə, 2012-ci il 15 may tarixində- “Ailə Günü” ndə Sumqayıt şəhərində yeni filialımız açıldı.

Sumqayıt şəhərində Sağlam Ailə Tibb Mərkəzinin filialını açmaqda digər məqsədimiz Bakı şəhərində olduğu kimi, digər şəhərlərdə də, insanların səhiyyə sahəsində maarifləndirilməsini, onlarda öz sağlamlığını və gələcək ailəsinin sağlamlığının əsaslı, savadlı şəkildə qorumaq bacarığını tərbiyə etmək, gələcək nəslin sağlam həyat sürməsini təmin etməkdir. İSO Beynəlxalq sertifikatının standartlarına cavab verən, 3000 növ analiz edən avtomatlaşdırılmış, keyfiyyətinə daim nəzarət olunan laboratoriyamız və digər instrumental müayinə aparatlarımız, eyni zamanda yüksək ixtisaslı kadrlarımız artıq Sumqayıt və ətraf qəsəbələrin əhalisinin xidmətindədir.

Gülərüz personal, müasir standartların tələblərinə tam cavab verən servis xidməti, pasiyentlərin səhhətində yaranan hər bir problemə diqqətlə yanaşan bacarıqlı tibb işçiləri, anonimliyə zəmanət, analizlərin səhv düşmə ehtimalının olmaması, yüksək keyfiyyətə əminlik, cavabların elektron poçt vasitəsilə göndərilmə imkanı və s. keyfiyyətlər bizim üstünlüyümüzdür.

Artıq Sumqayıt şəhərində də sonsuzluq və intim problemlərin tam anonim şəkildə həll olunması üçün, nikah öncəsi müayinələrdən keçmək üçün hər bir şərait yaradılıb.

Gənclərimiz bilməlidir ki, bünövrəsi qoyulan ailənin sağlamlığı indidən qorunmalıdır ki, ən xoşagəlməz anlar uzaq olsun və xoşbətliyə kölgə sala biləcək sağlamlıq problemləri yaranmasın.

“Sağlam Ailə” hər zaman sizin və ailənizin yanındadır!

Ünvan: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küç., 8C

İş rejimi:
Bazar ertəsi - Şənbə: 08:00 – 18:00
İstirahət və bayram günləri: 08:30 – 13:00