910
EN RU


Biomaterialların qəbulu şöbəsi

 Sağlam Ailə Tibb Mərkəzinin filiallarından götürülən biomateriallar buraya daxil olur. Şöbədə biomaterialların markirə olunması, düzgün tüplərə yığılması, miqdarı, şərtlərə uyğunluğu, işə yararlığı yoxlanıb, dəyərləndirilir. Nümunələrin qəbulu reader qurğusu vasitəsilə sistemə salınır və bundan sonra biomateriallar göndəriş vərəqləri ilə birlikdə çeşidlənərək xüsusi çantalara yığılır və biomaterial lifti vasitəsilə müvafiq (mərkəzləşmiş kliniki, PCR, ölkədaxili və xarici ) klinikadaxili laboratoriyalara göndərilir. İlkin işləmə mərhələsində biomaterialın işə yararlı olmadığı aşkar olunan zaman müayinə aparılmır və pasiyent yenidən müayinədən keçmək üçün məlumatlandırılır.

Sağlam Ailə Tibb Mərkəzində pasiyent qeydiyyatdan keçən andan, biomaterialının laboratoriyaya düşmə anına kimi şöbə tərəfindən izlənilir. Pasiyentin müayinənin hansı mərhələsində olması və ya müayinədən keçmədiyi hallarda müvafiq şöbələrə (Qeydiyyat və biomaterialların götürülməsi) həmin pasiyentin biomaterialının BQŞ-dən keçməməsi haqqında sorğu göndərilir.

          Biomaterialların digər ölkədaxili və xarici laboratoriyalara göndərilməsi işi şöbədaxili ayrı bir bölüm tərəfindən aparılır. Burada biomateriallar ilkin işləmədən keçir. Tələb olunan biomaterialların zərdab və plazma hissəsi ayrılaraq qablaşdırılır. Barkodlaşdırmadan sonra proqram vasitəsilə biomaterialların qəbulu həyata keçirilir və xüsusi çantalara (+20C - +80C) yığılır. Göndəriləcək laboratoriyaya müvafiq sənədlər hazırlanır. Biomateriallarla yanaşı xarici və digər ölkədaxili laboratoriyalara göndəriş həyata keçirilir. Göndərilən müayinələrin nəticələri alındıqda, cavablar yoxlanır və sistemə yerləşdirilir. Bundan sonra pasiyentlərə xaricə göndərilən müayinələrin cavablarının hazır olması haqqında məlumat verilir.