910
EN RU


Ailə Kartı

 

 

·        Ailə kartının üzərində məxsus olduğu ailənin soyadı qeyd olunur. İllik dövriyyədən asılı olaraq, hər bir ailə üzvünün ödədiyi məbləğin 5% - 30%-i bonus kimi “Ailə Kartı”na əlavə olunur.

·        Ailə üzvlərinin sahib olduğu Tibb kartlarından bir neçəsinin və ya hamsının bonusu cəm şəklində Ailə kartında toplana bilər. Bu halda şəxsə məxsus olan Tibb kartındakı bonuslar sıfırlanır və həmin Tibb kartı üzrə yığılan bonuslar birbaşa Ailə kartına əlavə olunur. Ailə kartına toplanan bonusları Ailə kartına üzv olan hər bir ailə üzvü şəxsiyyət vəsiqəsi əsasında istifadə edə bilər.

·        Bonuslardan əlavə olunduğu gündən bir gün sonra istifadə etmək olar.

·        Ailə üzvləri toplanan bonuslardan şəxsiyyət vəsiqəsi əsasında, Check Up və ya laborator müayinələrdən keçən zaman istifadə edilə bilər (Sağlam Ailə Tibb Mərkəzində göstərilən poliklinik xidmətlər və xaricə göndərilən laborator xidmətlər istisna olmaqla).

·        Bonuslardan istifadə ödəniş məbləğinin 80%-dən çox olmamalıdır. Məbləğin digər 20% -i nəğd və ya nəğdsiz (Master və ya Visa kartı vasitəsilə) şəkildə ödənilməlidir.

·        Bonusların hissəli şəkildə istifadəsi mümkündür.

·        Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə edə bilər.

·        Bonus xidmətə görə ödənişdən çox olarsa, bonusların digər hissəsi kartın balansında qalır. Qalan bonuslardan növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.

·        Bonuslar müxtəlif aksiya və endirimlərə aid edilmir.

·        Sağlam Ailə Tibb Mərkəzi kartla bağlı dəyişiklik etmə hüququnu özündə saxlayır.

·        Kart itirildiyi zaman Sağlam Ailə Tibb Mərkəzinin filiallarından birinə müraciət edilməlidir.

·        İtirilmiş Ailə kartı 10 Azn dəyərində yeni kartla əvəzlənir. Əvvəlki kart daxilində olan bütün müayinə nəticələri yeni kartda öz əksini tapır.

·        Kartı əymək və maqnetik dalğalar olan yerə qoymaq olmaz.

 

Əlavə məlumat üçün: www.saglamaile.az internet ünvanına və ya (012) 910 qısa nömrəsinə müraciət edə bilərsiniz