910
EN RU


Tibb Kartı

  

·        Sağlam Ailə Tibb Mərkəzlərində qeydiyyatdan keçən hər bir şəxsə məxsus olan tibbi tarixçə kartıdır. Tibb kartının üzərində məxsus olduğu şəxsin adı və soyadı qeyd olunmaqla, şəxsi kart kimi pasiyentə təqdim edilir.

·        Fərdi olduğu üçün başqa bir şəxs tərəfindən istifadə oluna bilməz.

·        Şəxsiyyət vəsiqəsi olmadan verilmiş kartların bonus sistemini aktivləşdirmək üçün şəxsiyyət vəsiqəsi və Tibb Kartı ilə birlikdə Sağlam Ailə Tibb Mərkəzinə yaxınlaşmaq lazımdır.

·        İllik dövriyyədən asılı olaraq, hər bir şəxsin ödədiyi məbləğin 5% - 30%-i bonus kimi “Tibb Kartı”na əlavə olunur.

·        Bonuslardan əlavə olunduğu gündən bir gün sonra istifadə etmək olar.

·        Tibb kartına toplanan bonuslar şəxsiyyət vəsiqəsi əsasında, Check Up və ya laborator müayinələrdən keçən zaman istifadə edilə bilər (Sağlam Ailə Tibb Mərkəzində göstərilən poliklinik xidmətlər və Xaricə göndərilən laborator xidmətlər istisna olmaqla).

·        Bonuslardan istifadə ödəniş məbləğinin 80%-dən çox olmamalıdır. Məbləğin digər 20% -i nəğd və ya nəğdsiz (Master və ya Visa kartı vasitəsilə) şəkildə ödənilməlidir.

·        Bonusların hissəli şəkildə istifadəsi mümkündür.

·        Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə edə bilər.

·        Bonus xidmətə görə ödənişdən çox olarsa, bonusların digər hissəsi kartın balansında qalır. Qalan bonuslardan növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.

·        Bonuslar müxtəlif aksiya və endirimlərə aid edilmir.

·        İl ərzində 1-100 AZN məbləğdə ödəniş edən zaman, kart sahibi ildə bir dəfə şəxsiyyət vəsiqəsi əsasında Qanın kliniki analizi və ya Spermoqramma müayinəsindən pulsuz keçə bilər.

·        Sağlam Ailə Tibb Mərkəzi kartla bağlı dəyişiklik etmə hüququnu özündə saxlayır.

·        Kart itirildiyi  zaman Sağlam Ailə Tibb Mərkəzinin filiallarından birinə müraciət edilməlidir.

·        İtirilmiş Tibb kartı 10 Azn dəyərində yeni Tibb kartı ilə əvəzlənir. Əvvəlki kart daxilində olan bütün müayinə nəticələri yeni kartda öz əksini tapır.

·        Kartı əymək və maqnetik dalğalar olan yerə qoymaq olmaz.

 

Əlavə məlumat üçün: www.saglamaile.az internet ünvanına və ya (012) 910 qısa nömrəsinə müraciət edə bilərsiniz.