910
EN RU


Şəbəkəm kartı

  

·        Şəbəkəm kartı pasiyentin adı və soyadı kartın üzərində qeyd olunmaqla, şəxsi kart kimi təqdim edilir.

·        Şəbəkəm kartı bir neçə Ailə kartlarını özündə birləşdirir.

·        Şəbəkəm kartından istifadə etməzdən öncə, qeydiyyatdan keçən zaman pasiyent üçün Tibb kartı və Ailə kartı açılır. Daha sonra pasiyent Şəbəkəm kartından istifadə edə bilər.

·        Şəbəkəm kartı qrupuna daxil olan Ailə kartlarının ödənişləri il ərzində hesablanır və ümumi dövriyyədən asılı olaraq, 5% - 30 % bonus toplama güzəşti əldə edir. Bu halda Kart sahibi Şəbəkəm kartına ödənişdən asılı olmayaraq fiks bonus toplama faizi əldə edir.

·        Şəbəkəm Kartı yönləndirmə vasitəsi kimi istənilən bir şəxsə təqdim edilə bilər. İstifadədən sonra sahibinə geri qaytarılmalıdır. Kart olmadan seriya nömrəsi şifahi bildirilməklə, kartın istifadəsi mümkündür.

·        Şəbəkəm kartı vasitəsilə müraciət edən hər bir pasiyent cari gün ödəyəcəyi məbləğin 5%-30%-i qədər bonus əldə edir.

·        Bonuslardan əlavə olunduğu gündən bir gün sonra istifadə etmək olar.

·        Kart sahibi toplanan bonuslardan şəxsiyyət vəsiqəsi əsasında, Check Up və ya laborator müayinələrdən keçən zaman istifadə edilə bilər (Sağlam Ailə Tibb Mərkəzində göstərilən poliklinik xidmətlər və xaricə göndərilən laborator xidmətlər istisna olmaqla).

·        Bonuslardan istifadə ödəniş məbləğinin 80%-dən çox olmamalıdır. Məbləğin digər 20% -i nəğd və ya nəğdsiz (Master və ya Visa kartı vasitəsilə) şəkildə ödənilməlidir.

·        Bonusların hissəli şəkildə istifadəsi mümkündür.

·        Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə edə bilər.

·        Bonus xidmətə görə ödənişdən çox olarsa, bonusların digər hissəsi kartın balansında qalır. Qalan bonuslardan növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.

·        Bonuslar müxtəlif aksiya və endirimlərə aid edilmir.

·        Sağlam Ailə Tibb Mərkəzi kartla bağlı dəyişiklik etmə hüququnu özündə saxlayır.

·        Kart itirildiyi zaman Sağlam Ailə Tibb Mərkəzinin filiallarından birinə müraciət edilməlidir.

·        İtirilmiş Ailə kartı 10 Azn dəyərində yeni kartla əvəzlənir. Əvvəlki kart daxilində olan bütün müayinə nəticələri yeni kartda öz əksini tapır.

·        Kartı əymək və maqnetik dalğalar olan yerə qoymaq olmaz.

 

Əlavə məlumat üçün: www.saglamaile.az internet ünvanına və ya (012) 910 qısa nömrəsinə müraciət edə bilərsiniz.