910
EN RU


Əməkdaşlıq ASAN xidmət

5 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sağlam Ailə Tibb Mərkəzi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Müqavilə əsasən, Sağlam Ailə Tibb Mərkəzinin həkim briqadası Bakı şəhərində yerləşən 1saylı, 2 saylı, 4 saylı və Gəncə şəhərində yerləşən Asan Xidmət mərkəzində vətəndaşlara tibbi xidmət göstərir.

Asan Xidmət mərkəzlərində, 16 yaşına çatmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (qan qrupunun təyin edilməsi), 16 yaşına çatmış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (boyun ölçülməsi, göz rənginin və qan qrupunun təyin edilməsi) və ilkin tibbi yardımın göstərilməsi Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən həyata keçirilir.