910
EN RU


Ultralab filialı


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2003-cü ildən fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzi respublikamızın uğurla inkişaf edən tibb müəssisəsikimi tanınır. Qısa müddət ərzində uğurlar əldə edərək daima insanların güvəndiyi və etibar etdiyi bir tibb müəssisəsi kimi qalmaq uğurlu bir məqam kimi qiymətləndirilə bilər.

Bakı şəhərində əhaliyə göstərdiyimiz 13 illik xidmət nəticəsində vətəndaşlarımızın daha çox inamını qazandıq. Bakı kəndlərinin sakinlərinin istəyi ilə, bu ərazidə də Sağlam Ailə Tibb Mərkəzinin olmasına ehtiyac olduğunu hiss etdik. Beləliklə, 01.10.2016-ci il yeni, “Amburan Mall” kompleksində yerləşən “Ultralab” filialımız Bakı kəndlərinin sakinlərinin istifadəsinə verildi.

Sağlam Ailə Tibb Mərkəzinin Ultralab filialında müxtəlif çeşidli laborator və poliklinik xidmətlər göstərilir. Filial həftə içi hər gün saat 08:00-dan18:00-a qədər pasiyentlərin xidmətindədir.

“Ultralab” filialının açılmasında məqsəd bu regiondakı insanlara yüksək keyfiyyətli xidmət göstərməkdir. Filial şəbəkəsinin genişləndirilməsi Sağlam Ailə Tibb Mərkəzinin müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Sağlam Ailə Tibb Mərkəzi ölkədə tibb sahəsinin inkişafına istiqamətlənmiş layihələr təşkil etməklə yanaşı, Azərbaycanın tibb sahəsinin inkişafına töhfələr vermək niyyətindədir.

Bundan əlavə, daha bir neçə yeni filialın istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhərində Sağlam Ailə Tibb Mərkəzinin 2, Sumqayıt şəhərində 1 filialı var.