910
EN RU


Çağrı Mərkəzi

 

Sağlam Ailə Tibb Mərkəzinin 910 Çağrı Mərkəzi 2010-cu ilin sentyabr ayından əhalinin suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərin, habelə təkliflərin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Sağlam Ailə Tibb Mərkəzinin xidmətlərindən istifadə etmək istəyən hər kəs şəhər nömrələrindən birbaşa 910, mobil nömrələrdən isə (012) 910 nömrəsinə zəng edərək, müraciət edə bilər.

Çağrı Mərkəzi həftənin altı günü səhər saat 07.00-dan axşam saat 20.00-dək, bazar və bayram günləri isə səhər saat 08.00-dan axşam saat 18.00-dək xidmət göstərir.

Sağlam Ailə Tibb Mərkəzinin xidmət dairəsi, təklif edilən müayinə və analizlərin spektri artdıqca, Çağrı Mərkəzi ilə əlaqə saxlayan insanların sayı da artıb. Belə ki, ay ərzində 10.000-dən artıq telefon zəngini cavablandıran Çağrı Mərkəzinin əməkdaşları zəng edən şəxslərə, mərkəzimizin filial və məntəqələri, göstərilən müayinə və müalicə xidmətləri, poliklinik xidmətlər, kampaniyalar və “Check-up” müayinə paketləri haqqında ətraflı məlumat verir. “Evə çağırış” xidmətindən faydalanmaq istəyənlər şəxslər də Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz sifarişlərini edə bilər.

Çağrı Mərkəzində “Öncədən qəbula yazılma” sistemi tətbiq edilir. Mərkəzin əməkdaşları zəng edən şəxslərin istəyi ilə lazım olan həkimin qəbul vaxtını qeydə alır və nəticədə həm müraciət edən şəxslərin, həm də mərkəzdə işləyən həkimlərin vaxt itkisi minimuma endirilir. Bunun üçün həkim müayinəsindən keçmək istəyən şəxs haqqında bütün zəruri məlumatlar əldə edilərək kompüter-məlumat bazasına daxil edilir.

Bununla yanaşı, mərkəzə gəlmədən “Skype” və “Whatsapp”vasitəsilə də əlaqə saxlaya bilərsiniz. “Skype” vasitəsilə müraciət etmək istəyən şəxslər saglamaile, “Whatsapp”-la müraciət etmək istəyən şəxslər isə (055) 4000 910 nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilər. Eyni zamanda, Sağlam Ailə Tibb Mərkəzinin saglamaile.az saytına daxil olaraq “Bizimlə Əlaqə” bölümündə bizə yaza bilərsiniz.

Müraciətiniz sorğu xarakterli olduqda operator tərəfindən sorğunuz cavablandırılacaq, şikayət xarakterli olduqda isə şikayətiniz qəbul ediləcək və araşdırılması üçün müvafiq struktur bölməyə göndəriləcəkdir. Sağlam Ailə Tibb Mərkəzinin İstehlakçı Hüquqlarının Müdafiəsi şöbəsi tərəfindən müraciətiniz araşdırılaraq operativ şəkildə sizinlə əlaqə saxlanılır və müraciətləriniz qısa müddət ərzində öz həllini tapır .

Çağrı Mərkəzində xidmətin təkmilləşdirilməsi, eləcə də keyfiyyətin daim yüksək səviyyədə olması məqsədilə aparılan bütün telefon danışıqlarının audio yazısı həyata keçirilir.