910
EN RU


Karyera

 

 İstəniləmüəssisənin uğurlu fəaliyyəti onun kadr potensialı ilə bir baş bir bağlıTəcrübə göstərir ki, biznesdə ən uğurlu yatırım məhz insan resurslarına edilən yatırımdır. Kadr siyasətimiz çərçivəsində Sağlam Ailə Tibb Mərkəzində müvafiq vakansiyalar üzrə işçilərin seçilməsində ilk növbədə namizədlərin təcrübəsinə, bilik və bacarıqlarına üstünlük verilir. Peşəkarlardan ibarət komandanın yaradılması bu sahədə əsas prinsip kimi rəhbər tutulur.

Əgər savadınıza və şəxsi keyfiyyətlərinizə əminsinizsə, o zaman Sizi öz sıralarımıza dəvət edirik. Biz Sizə bir tibb mərkəzindən daha çoxunu, ailə təklif edirik!

 

Anket

Sağlam Ailə Tibb Mərkəzinin CV ( yüklə ) formasını göndərməzdən əvvəl onu ilk öncə lazımi qaydada doldurub kompüterin yaddaşında saxlayın və daha sonra yaddaşda saxlanılan doldurulmuş CV formasını elektron poçt vasitəsilə bizə hr@saglamaile.az emailinə göndərin. CV-ni göndərərkən başlıq hissəsində müraciət etdiyiniz vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə mövcud vakansiya yarandığı halda İnsan Resursları Şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaq .