910
EN RU


Analizlərin verilmə qaydası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Sağlam Ailə” Tibb Mərkəzinə müraciət edən şəxslər aşağıda göstərilmiş analiz verilmə qaydalarını bilməlidir:

 

Qanın kliniki və biokimyəvi analizi üçün:

      · Qanın kliniki analizi əksər hallarda səhər saatlarında ac qarına, son qida qəbulundan 8 saat sonra verilməlidir.

       · Müayinəyə gəlməzdən 1-2 gün öncə qida rasionundan yağlı, qızardılmış yeməklər, alkoqollu içkilər çıxarılmalıdır. Su qəbulu analiz nəticələrinə heç bir əks təsir göstərmir.

           ·   Analiz verməzdən 1 saat öncə siqaret çəkməməli, fiziki iş və emosional faktorlardan uzaq olmaq lazımdır.

Aşağıda qeyd olunan prosedurlardan dərhal sonra qan analizi vermək məsləhət görülmür:

           · Rentgen müayinəsi

           ·  USM

   ·   Fizioterapiya və s.

          ·   Qanın kliniki analizini xəstəliyin gedişinə təsir göstərən dərman preparatlarının qəbulundan yalnız 10-14 gün sonra vermək məqsədə uyğundur.

          ·    Xolesterinin, lipoproteinlərin qanda təyin olunması 12-14 saatlıq aclıqdan sonra aparılır.

          ·     Hormonal müayinə mütləq qida qəbulundan öncə, səhər saatlarında aparılmalıdır.

          ·   Reproduktiv yaş (16-45 yaş) dövründə olan qadınlarda laborator müayinə menstrual tsikli nəzərə alınmaqla aparılır.

                    Qadın cinsi hormonları tsiklin günlərinə və ya hamiləliyin dövrünə uyğun müəyyən edilir:

LH,FSH- tsiklin  3-5-ci günü;

Estradiol – 5-7 ya  21-23-cü günü;

Progesteron – 21-23-cü günü

Prolaktin, 17OH, DHEA,testesteron – 7-9-cu günü.

 

Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa antitellərin müayinələri aparılır. Yoluxma vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinə nəticələri neqativ ola bilər. Amma, nəticələrin neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.

 

Sidiyin ümumi analizi

Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir. Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim olunur. Sidik quru, təmiz, steril qabda 2 saatdan gec olmayaraq Biomaterialların qəbulu şöbəsinə çatdırılmalıdır.

 

Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu  qidalar qəbul etməməlidir. Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır. Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil.

Sidik turşusunun yoxlanılmasından 1-2 gün əvvəl qara ciyər, ət, balıq yeyilməməli və qəhvə içilməməlidir.

Hormonların müayinəsinə 2 həftə qalmış hormon preparatları qəbul etmək olmaz.

 

Nəcisin ümumi analizi

Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Nəcis analizi verərkən qaba qoz boyda 1 hissə qoyulmalıdır.

 

Spermoqramma analizi

Spermoqramma analizi üçün müayinə olunan şəxsin öncə həkim konsultasiyasına gəlməsi vacibdir. Müayinə üçün sperma yalnız klinika daxilində xüsusi otaqda verilməlidir. Spermanın yığılması üçün xüsusi qab götürülür. Analiz verilməzdən 3-7 gün öncə cinsi əlaqədən, alkoqollu içkilərdən və dərman qəbulundan imtina etmək lazımdır.

 

PZR

Müayinə materialları (qan, yaxma, bioptat və s.) verilməsi üçün dərman preparatlarının qəbulundan 10-14 gün sonra müraciət etmək lazımdır.

Bəzi hallarda personalın peşəkarlıq səviyyəsindən asılı olmayan, hemoliz, qanın götürülməsi zamanı ağrı, damarların keçiriciliyi və kövrəkliyi səbəbindən manipulyasiya yerində hematoma (göyərmə) kimi hallar baş verə bilər.

Göstərilən halların baş verməməsi üçün aşağıdakılara riayət etmək lazımdır:

●Qan götürülmüş  qolu 5-10 dəqiqə ərzində bükməmək;

●Manipulyasiyadan ən azı 2 saat sonrakı müddətdə ağırlıq qaldırmamaq;

●Manipulyasiya yerini bir neçə dəqiqə ərzində masaj etmək.

 

Hemolizə uğramış qan müayinə üçün yararsız olduğundan nümunənin yenidən götürülməsi üçün etdiyimiz çağırışa müsbət yanaşmanız vacibdir.

DİQQƏT! Təkrar analizlər eyni laboratoriyada verilməlidir. Çünki, müxtəlif laboratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır. Cavabların fərqli olması mümkündür.