910
EN RU


Dermatologiya

Dermatologiya- kliniki təbabətin,dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir.

Dəri xəstəlikləri çox yayılıb, həkimə müraciətlərin 10% onlarla bağlıdır. Kütləvi araşdırmalar onların daha da çox yayılmasını göstərir. Əhalinin 20% çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən ,10%-dən azı həkimə müraciət edir. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhtudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir.

Dermatoloji xəstələr şikayətlənirlər:

Qaşınmadan,

Göynəmədən(yandırmadan),

Ağrıdan,

Iynələmədən(xırda sancılardan),

Dəridə müxtəlif səpkilərin yaranmasından

 

Dəri xəstəliklərini yaradan səbəblər çoxdur.

Bunlar həmdə müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların xəstəlikləri ola bilər. Yüksək ixtisaslı həkim- dermatoloqlar sizin problemin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması, əmək və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması, xətənin psixiki xüsusiyyətləri vacib əhəmiyyət kəsb edir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri, latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir.

Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur.

Akne Vulgaris - yeniyetmə civzələri, dəri piy vəzlərinin irinli iltihabı ilə xarakterizasiya olunan,xroniki,tez tez residivləşən xəstəlikdir.

Akne,orqanizmdə androgenlərin balansının pozulmaı və,nəticə kimi,piy ifrazının çoxalması nəticəsində əmələ gəlir.Dəri piy vəzlərinin axarları dəri piyi ilə qapanır və qara civzələr-komedonlar- yaranır.Qapanmış axarlarda qalan piy çürüməyə başlayır və patogen mikroflora üçün əlverişli qida mühiti yaradır,xüsusi ilə kokkvari,korinebakteriyalar,propionbakterialar üçün.

Əksərən xəstəlik 15-18 yaşında əmələ gəlir ki, bu da cinsi yetişkənliklə əlaqədardır,lakin əlverişsiz amillərin təsiri nəticəsində istənilən yaşda yarana bilər.Aknenin yaranmasına irsi meyl,daxili sekresiya vəzlərinin funksiyasının pozulması,həzm sisteminin pozulması,hipovitaminoz,qeyri rasional qidalanma(çoxlu yağlı,karbohidratlı yemək qəbulu) zəmin yaradır.Əsas kliniki əlamətlər-dəridə komedonların,papulo-pustulyoz səpkilərin əmələ gəlməsi.Adətən komedonun ətrafında iltihab prosessi inkişaf edir:komedon qırmızı və ya göyümtül-qırmızı rəgdə konus formasında papulaya çevrilir.Belə papulanın mərkəzində balaca pustula əmələ gələ bilər-onda papulopustulyoz civzələrdən danışırlar.İltihab prosessi müxtəlif dərinliklə xarakterizasiya olunur,bununla bağlı iki cür civzələr ayırırlar:indurativ civzələr-nahamar səthli geniş yayılmış infiltratlar, və fleqmonoz civzələr-iltihab prosessi dərinin dərin qatlarına toxunur,asta və uzun müddətli inkişaf edir.Bəzi hallarda civzələr birləşməyə meylli olur.Xüsusən nekrotik akne seçilir,bu zaman follikulun dərinliyində toxuma hüceyrələrinin nekrozu inkişaf edir.Fərziyyəyə görə onun inkişafı streptokokk təbiətlidir.Çox vaxt 30-50 yaş arası kişilərdə yaranır,alın və gicgah nahiyəsində yerləşir və hemorragik möhtəviyyatlı pustula təşkil edir.Belə civzələr yox olduqdan sonra dəridə çapıqlar qalır.Akne-keloid –civzələrin ayrıca bir növüdür,əsasən 20-40 yaşlı kişilərdə rast gəlinir.Adətən ənsə və boyunun arxa səthində yerləşir.Onların ətrafında dəri kəskin qalınlaşıb,saçlar topalarla bitir.Özlərindən sonra keloid çapıqlar qoyur.

Aknenin müalicəsi

Müalicə kompleks olur.Diaqnostika xəstəliyin kliniki əlamətləri əsasında aparılır və adətən çətinlik təşkil etmir.Diaqnozun təstiqi üçün patohistoloji müayinə tətbiq oluna bilər.Differensial diaqnoz rozaseanın pustulyoz mərhələsi ilə,pustulyoz civzəli sifilid ilə aparılır.

Müalicə üçün xəstəyə antibakterial preparatlar,həmçinin,dəri piy vəzlərinin ifrazını idarə edən(roakkutan),antibiotiklər(tetrasiklin),aromatik retinoidlər,antiandrogen preparatlar təyin olunur.Kandidozun qarşısını almaq üçün antibakterial terapiyanı nistatinin qəbulu ilə birləşdirirlər.Ağır hallarda(uzun müddetli gedişdə və ya ağır kliniki əlamətlər zamanı) immunokorreksiya edən(dekaris) və mikrob əleyhinə(metronidazol) vasitələr təyin olunur.Yerli göstərişlər:tərkibində antibiotik,kükürd,rezorsin,salisil turşusu,Vidal südü,differin olan piysizləşdirici və dezinfeksiya edici məhlullarla dərinin təmizlənməsi.Dərman preparatlarından əlavə A,C,E,B qruppu vitaminlər,mikroelementlər təyin olunur.Fizioterapevtik prosedurlar tövsiyyə olunur:Ultrabənövşəyi şüalanma,elektrokoaqulyasiya,elektroforez,krioterapiya.Müalicə kursu 2-3 ay davam edir,sonra 2-3 ay ərzində köməkçi terapiya olur.

Aknenin profilaktikası vaxtı vaxtında yağlı seboreyanın aşkarlanması və müalicəsi,həmçinin dərinin gigiyenik vəziyyətdə saxlanmasıdır.