Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Çağrı Mərkəzi operatoru

Sağlam Ailə klinikası Çağrı Mərkəzinə operator  vakansiyası elan edir:

Vakant vəzifə haqqında:

 

  • Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
  •  Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  •  Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir;

 Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Namizədə olan tələblər:

  •  Ali təhsil;
  •  Azərbaycan və rus dili biliyi - əla;
  •  Yüksək ünsiyyət qabiliyyətli, hədəfyönümlü və nəticəyə istiqamətlənmiş;

​​​​​İş şəraiti:

  •  İşqrafiki: həftənin 6 günü, 1 günistirahət;
  •  AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  •  Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  •  Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  •  Şirkət daxili təlim və inkişaf imkanları.
     

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı Mərkəzi Operatoru” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi