Sağlam Ailə klinikası Çağrı Mərkəzinə tibbi koordinator vakansiyası elan edir:
Vakant vəzifə haqqında:
- Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
- Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasient şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcminini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır
- Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;
- Çağrı Mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir.
Namizədə olan tələblər:
- Ali və ya orta tibb təhsil;
- Azərbaycan, rus dili biliyi - əla;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günü: 6 gün
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı Mərkəzi tibbi koordinator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.