Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

İnformasiya və kommunikasiya texnologiyaları təminatı şöbəsinin müdiri

Vəzifə və öhdəliklər:

  • İnformasiya və Kommunikasiya Texnologiyaları təminatı üzrə Müəssisənin siyasətini hazırlayır, rəhbərliyə təqdim edir və təsdiqləndikdən sonra işində rəhbər tutur;
  • Müəssisənin strateji planlarının işlənib hazırlanmasında iştirak edir, təkliflərini verir;
  • Şöbənin Əsasnaməsinin, fəaliyyət prosedurlarının layihələrini tərtib edir və lazım gəldikdə, onlara əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürür;
  • Müəssisəni İnformasiya və Kommunikasiya Texnologiyaları  üzrə keyfiyyətli, müasir və etibarlı xidmətlə təmin edir;
  • Sistemlərin, müəssisədə istifadə edilən proqram təminatlarının, internetin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün işi təşkil etmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçirir və nəzarət edir;
  • Son istifadəçi sistemlərinin nasazlığı və istifadəçi şikayətlərini təqib edir, texniki xidmət/təmir/quraşdırma işlərini idarə edir, lazım olduqda istifadəçilərə proqram dəstəyi verir;
  • İT məzmunlu tələblərin təqibini və koordinasiyasını aparır;
  • İT ilə əlaqədar satınalmalarda əsas tələbnamələrin və müqavilələrin hazırlanması, imzalanması, nəzarəti və icra mərhələsini koordinasiya edir və təqib fəaliyyətlərini həyata keçirir;
  • Müəssisənin Korporativ web saytına, digər asılı alt saytlara, internet şöbəsi və mobil proqramlarında müvafiq işləri təşkil edir, ehtiyacları müəyyənləşdirir, kompüter texnikası və proqram təminatı alınmasını koordinasiya edir;
  • İT projelərinə rəhbərlik və nəzarət edir;
  • İstismar olunan komputer avadanlıqlarına texniki baxış, təmir və yeniləmə təkliflərini irəli sürür;
  • Filiallar arasında sistem əlaqələrinə nəzarət edir, fasiləsiz işləməsini təmin edir, kəsinti zamanı lazımı tədbirlər görür;
  • Şəbəkələrin quraşdırılmasını, daim təkmilləşdirilməsini və işlək vəziyyətdə saxlanılmasını, təhlükəsizliyini, o cümlədən sanksiya olunmamış daxili və xarici mudaxilələrdən qorunmasını təmin edir;
  • Server otağına nəzarəti, girişlərə və otaqda aparılan işlərə nəzarəti təşkil edir;
  • Elektron poçt sisteminin işlək vəziyyətdə olmasını daimi nəzarətdə saxlayır, lazımı qrup tanımlama və yetkilərini vermək, qrup göndərim maillərinə nəzarəti təşkil edir;
  • Serverlərin və məlumatların arxivləşdirilməsini və işlək vəziyyətdə olmasını təmin edir;
  • Antivirus proqramlarına və  firewalların sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət edir;
  • Alınacaq yeni program paketlərinin quraşdırılması və sazlanmasına dəstək olur, inteqrasiya mövzusunda tədbirlər görür, təkliflər irəli sürür;
  • Şöbənin işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə şöbənin rüblük, yarımillik və illik işini təhlil edir, iş barədə müəyyən olunmuş qaydada rəhbərliyə hesabat təqdim edir;
  • Şöbənin işçiləri arasında vəzifə bölgüsü aparır, Şöbənin Əsasnaməsindən irəli gələn vəzifələrinə müvafiq olaraq tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir, onların Vəzifə təlimatlarını tərtib edərək təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir, həmçinin təsdiqlənmiş təlimatlarla işçiləri tanış edir, işçilərin işinə müntəzəm nəzarəti həyata keçirir, öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür; növbə cədvəllərini təyin edir və icrasına nəzarət edir; əməkdaşların əməyinin qiymətləndirilməsi və motivasiyasını həyata keçirir;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə 6 ildən artıq iş təcrübəsi;
  • MS, SQL bilikləri;
  • Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Məxfilik, diqqət.

Qeyd:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İnformasiya və kommunikasiya texnologiyaları təminatı şöbəsinin müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.