"Sağlam Ailə" Tibb mərkəzi Laborant vakansiyası elan edir.
Namizədə olan tələblər:
- Orta tibbi təhsil (laboratoriya işi ixtisası üzrə);
- Məsuliyyətli və komandada işləmə bacarığı;
Vakant vəzifə haqqında:
-Laborant həkim-mütəxəssisin rəhbərliyi altında laboratoriya tədqiqatlarını aparır və bunun üçün laboratoriya aparatlarını, reaktivləri, kimyəvi qabları, əlverişli şəraiti, boyayıcı və dezinfeksiyaedici məhlulları müstəqil şəkildə hazırlayır;
-Tədqiqat üçün daxil olmuş bioloji materialı qəbul edir və qeydiyyata alır, onun qablaşdırılmasının və çatdırılma vaxtının lazımi tələblərə uyğunlunu yoxlayır;
-Laboratoriya alətlərinin, qablarının və s. sterilizasiyasını aparır;
-Tədqiqatın nəticələrini həkimə təqdim edir;
-Müvafiq biomateriallardan yaxmanın hazırlanmasını və boyanmasını təmin edir;
- Laboratoriya arxivində olan qan numunəsinə əlavə muayinə olunan zaman,biomaterialı həkimə təqdim edir və arxiv jurnalına qeyd edir;
-Daxil olan biomateriallara nəzərat etmək, bakteriologiya şöbəsinə gələn biomaterialları təhvil vermək və günün sonunda bakteriologiya şöbəsinə aid olan biomaterialların soyuducuya yerləşdirir;
Qeyd:
- İş qrafiki: 6 gün (həftəlik 36 saat);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Laborant“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.