Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Tibb bacısı

Sağlam Ailə tibb mərkəzi Tibb bacısı vakansiyası elan edir:

Vakant vəzifə haqqında:

  •  Müayinə üçün pasientlərdən biomaterial götürür, materialı pasientin şifrinə uyğun olaraq markirə edir və biomaterialın qəbul otağına ötürür;
  •  Lazım gəldiyi hallarda pasientlərə həkimə qədərki mərhələdə ilkin tibbi yardım göstərir;
  •  Həkimin göstərişlərinə uyğun olaraq dərman preparatlarını yeridir;
  •  Manipulyasiya otağında sanitar-epidemioloji rejimə riayət edir; 

Namizədə olan tələblər:

  •  Müvafiq sahə üzrə təhsil;
  •  Sertifikasiya şəhadətnaməsi;
  •  Azərbaycan və rus dillərini bilməsi;
  •  Məsuliyyətli və  komandada işləmə bacarığı;
  •  Ən azı 3 il tibb bacısı kimi iş təcrübəsi;

İş şəraiti:​​​​​​​

  •   AR əmək məcəlləsinə əsasən sənədləşmə
  •   İş günü: 6 gün
  •  Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
  •  Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına “Tibb bacısı “ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq